Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan müharibəyə hazırlaşır - Polkovnik

Tarix: 13-04-2017 16:27     Baxış: 5515 A- / A+
Ermənistan müharibəyə hazırlaşır


Ermənistanın işğal olunmuş ərazilərimizdə hərbi təlimlər keçirməsinin qarşısını almaq üçün problemin həlli ilə məşğul olacaq dövlətilərin üzərinə böyük məsuliyyət düşür.

Manevr.az-ın məlumatına görə, bunu Şərq.az-a Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarında hərbi təlim keçirməsinə münasibət bildirərkən ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

Onun sözlərinə görə, dünyanın ən aparıcı dövlətləri Ermənistana təzyiq göstərməlidir ki, o özünü yığışdırsın:


"Məsələn, Ermənistan deyir ki, yazıq ölkədir, iqtisadi vəziyyəti aşağıdır, blokadadadır, atəşə məruz qalırlar və s. Digər tərəfdən də Azərbaycanın 20 faiz torpaqlarını işğal ediblər, yenə də müharibələrə hazırlaşırlar. Onlara beynəlxalq səviyyədə təzyiqlər göstərilməlidir. Bu gün Qarabağ qırğınına səbəb olan şəxslər Ermənistanda ölkə rəhbərliyində əyləşib. Buna baxmayaraq, beynəlxalq təşkilatlar onlara münasibətdə həddən artıq loyaldır. Ermənistana sanksiya tətbiq olunmalıdır, tribunalar erməni rəsmilərin üzünə bağlanmalıdır. Onların Avropa dövlətlərinə gediş-gəlişinə qadağa qoyulmalıdır.

Təəssüf ki, güclü dövlətlər bir tərəfdən Dağlıq Qarabağ münaqişəsini tənzimləmək haqqında yalançı vədlər verir, digər tərəfdən də ermənilər müharibəyə hazırlaşırlar. ATƏT-in Minsk Qrupu həmsədrləri ermənilərin işğal olunmuş ərazilərimizdə hərbi təlimlər keçirməsinə etiraz etməlidir”.

Azərbaycan ordusunun ermənilərin təlim keçdiyi əraziləri dağıtmaq ixtiyarı olduğunu deyən C.Xəlilov bildirib ki, hətta dövlətimiz həmin ərazilərdə müəyyən əməliyyatlar da keçirə bilər:

"Çünki Azərbaycan öz ərazisində separatizmə, terrorizmə, qeyri-qanuni silahlı birləşmələrə qarşı mübarizə apara bilər. Bu, dövlətimizin beynəlxalq hüququdur. Buna baxmayaraq, biz humanist ölkə, tolerant xalq kimi dövlətimizin diplomatik, siyasi addımlarına dəstək verərək, istəyirik ki, Ermənistan və erməni xalqı bunu anlasın. Təhlükələrə yol vermədən işğal etdikləri torpaqlardan çıxıb getsinlər. İstənilən halda biz danışıqlar aparırıq ki, orada yaşayan ermənilərə Azərbaycanın daxilində status verək, rahat şəkildə əlaqələr qurulsun, onlara şərait yaradılsın. Bunun əvəzində isə Ermənistan müharibəyə hazırlaşır. Təkliflərimizi qulaq ardına vurub işğal etdikləri ərazilərdə təlimlər keçirirlər. xaricdə ermənilərə göndərilən yardımı da Ermənistan rəhbərliyi əhalinin əlindən alaraq, silah-sursata çevirib, Azərbaycana təzyiq göstərmək niyyətilə istifadə edir”.

Qeyd edək ki, ermənilər bu gün saat 11:00-dən etibarən Ağdamın Uzundərə adlanan ərazisində təlimlərə başlayıb. Erməni hərbçilər irimiqyaslı hərbi təlimlərdə əsasən ağır artilleriya qurğularından istifadə edirlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar