Xəbər lenti
Laçın dəhlizinə alternativ yola Azərbaycan nəzarət edəcək?
Sözgedən razılaşmanın 6-cı bəndində 3 il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitə təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcəyi və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcəyi vurğulanmşdı. Azərbaycan daha çevik hərəkət etdi və təxminən bir il 10 ay ərzində yeni yolu inşa edərək Rusiya sülhməramlılarının Laçından daha tez çıxarılmasına nail oldu.
Bundan sonra qarşıda duran əsas məsələlərdən biri üçətərəfli bəyanatın 9-cu maddəsinin necə icra olunacağı ilə bağlıdır. Həmin bənddə yazılıb: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir".
Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Laçın dəhlizinə alternativ çəkilən yeni yola hansı status veriləcəksə, Naxçıvanla Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizinə də həmin status verilməlidir.
İndi maraqlı mənzərə yaranıb: Artıq Laçın dəhlizi bağlanıb və yeni yol fəaliyyətə başlayıb. Amma Zəngəzur dəhlizi ilə bağlı hələ də razılaşma mövcud deyil. Azərbaycan bu müddəti gözləyəcəkmi, yoxsa Zəngəzur dəhlizi açılana qədər yeni yolda sərhəd və gömrük postları yerləşdirəcək?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl "AzPolitika.info"ya şərhində bildirib ki, Laçının, Zabux və Sus kəndlərinin azad olması tarixi hadisədir.
"Azərbaycan xalqı bu tarixi gündə sevinci ilə yanaşı növbəti narahatlığını da dilə gətirir - Azərbaycanla Ermənistan arasındakı yeni yolun statusu necə olacaq?" - deyə, ekspert sual edir.
Ekspert bildirir ki, 10 noyabr 2020 bəyanatına əsasən, Rusiya hərbi kontingenti Azərbaycan ərazisində olduğu müddətdə Xankəndi və Ermənistan arasında əlaqə maneəsiz olacaq, yalnız sülhməramlıların nəzarəti altında gediş-gəliş həyata keçiriləcək: "İrəvanda anti-Rusiya əhval ruhiyyəsini səngitmək məqsədilə Rusiyanın İrəvandakı səfirliyinin məsul əməkdaşı Maksim Seleznyov keçən günlərdə bəyan etdi ki, yeni yola da Rusiya hərbçiləri 5 km enində nəzarət edəcək, “dağlıq Qarabağ və Ermənistan arasında” hərəkət əvvəlki qaydada olacaq. Bu, Rusiyanın rəsmi siyasətidir. Amma yeni yol üçün Azərbaycanın şərti yüksək səviyyədə Brüsseldə səslənib: Zəngəzur dəhlizindəki status nə olcaqsa, yeni yol da o statusda olacaq. Zəngəzur dəhlizi son bir ildə ən çox adı hallanan yer olsa da, bu günədək nə yol var, nə də dəhliz. Ermənistan rəhbərliyi bütün rəsmilərin simasında Ermənistan ərazisində hər hansı tranzit yolun olacağını qəbul etmir. Ən yaxşı halda “yumşaldılmış keçid” ola biləcəyini qeyd edirlər".
Belə olduqda Azərbaycan yol istifadəyə verildiyi gündən sərhəd nəzarət məntəqəsini yarada bilərmi?
Ekspertin sözlərinə görə, hiss olunur ki, yaxın zamanda bu gözlənilmir: "31 avqust Brüssel görüşündə məhz Zəngəzur dəhlizinin müzakirə ediləcəyi az ehtimal olunur. Ermənistan dəhliz yox, yol statusunda israrlı olarsa, Azərbaycan paralel olaraq Azərbaycanla Ermənistan arasındakı yeni kommunikasiya xəttini də yol elan edib sərhəddə nəzarətini yarada biləcəkmi? Hesab edirəm ki, Rusiya buna imkan verməməyə çalışacaq və Zəngəzur dəhlizi müzakirələrini uzun müddət davam etdirməyi tərəflərə tövsiyə edəcək. Yeni yolda Azərbaycan sərhəd nəzarəti olmadıqda isə bizim Xankəndini tabeçiliyimizə almaq perspektivimiz uzun müddət çəkə bilər. Əksinə, sərhəd nəzarəti Qarabağ münaqişəsində son nöqtəni qoymağı və iki ölkə arasında sülhü sürətləndirə bilər. Ona görə də, Zəngəzur dəhlizinin açılmasını gözləmək sülh prosesini uzatmaq deməkdir. Yeni yolun Ermənistana aid hissəsinin çəkilməsini bu günədək ləngidən ermənilər, Zəngəzur yolunu tezliklə hazır vəziyyətə gətirəsi deyillər. Azərbaycan qarşı tərəfə sərhəd məntəqəsinin sülhə xidmət etdiyini, terrorçuların, ideoloji təxribatçıların nəzarətsiz şəkildə ölkəmizə daxil olmasının təhlükə yaratdığını izah etməli, buna görə də sərhədin bu hissəsinə ilkin mərhələdə Rusiya sülhməramlıları ilə birgə nəzarət etməyin gələcəkdə birgə yaşayışa töhfə verdiyini əsaslandırmalıdır".
İlham İsmayıl deyir ki, bundan sonra növbəti addım kimi, erməni silahlı qüvvələrin Azərbaycandan çıxarılması sentyabrın sonunadək həll edilməlidir: "Növbəti mərhələdə 10 noyabr bəyanatının son müddəası – Azərbaycan qaçqınlarının keçmiş dağlıq Qarabağ ərazisinə qayıtmasının yol xəritəsini Rusiya rəhbərliyinə çatdırmalıdır. 31 avqust Brüssel görüşünün konkret nəyisə həll edəcəyi və konkret razılaşmaya nail olacağı az ehtimal olunur. Əvvəlki Brüssel görüşlərində söz verən Paşinyanın Moskvaya çağırılmasından sonra fikrini dəyişməsinin şahidi olmuşuq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar