Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

İrəvan kompromisə getməyəcək, çünki Moskva...

Tarix: 07-04-2017 09:37     Baxış: 3457 A- / A+
İrəvan kompromisə getməyəcək, çünki Moskva...


Rusiya Ermənistandakı seçkiləri idarə etməklə birbaşa Qarabağ klanına dəstək verdi. Hərbi xuntanın Dağlıq Qarabağla sıx bağlılığına görə hazırda belə bir vəziyyət Kremli qane edir.

Manevr.az xəbər veriri ki, bu sözləri axar.az-a açıqlamasında keçmiş diplomat, politoloq Fikrət Sadıqov deyib. O bildirib ki, Moskva siyasi məsələlərdə İrəvandan əlaltısı kimi tam mənada istifadə edir:

“Ermənistanda əsas siyasi fiqurlar birbaşa Rusiyaya tabedir. Sərkisyanın seçkidən öncə Moskva səfəri Rusiyanın Ermənistana əsas siyasi, hərbi, maliyyə və mənəvi dəstəyi demək idi. Moskva İrəvana verdiyi sözü tutdu. Ermənistan indi reformalar ərəfəsindədir, islahatlar adı ilə keçirilən oyunların nəticəsində Sərkisyan 2018-ci ildən sonra baş nazir olacaq. Mənə elə gəlir ki, hələ rəsmi nəticələr elan olunmayıb. Düzdür, elə də böyük dəyişikliklər baş verməyəcək. Ancaq parlamentə daxil olmayan digər siyasi bloklar da kifayət qədər güclüdür. Üstəlik, Levon Ter-Petrosyanın siyasi partiyası hələ öz sözünü deməyib. Verilən bəyanatlardan belə görünür ki, Petrosyan siyasi mübarizəni davam etdirəcək. Yəni çox şey hələ qabaqdadır. Düşünmürəm ki, Sərkisyanı stabil bir gələcək gözləyir. O, bundan sonra da Dağlıq Qarabağ məsələsində kompromisə getməyəcək. Ermənistan prezidenti Azərbaycan tərəfindən güclü zərbələrlə üzləşəndən sonra bəlkə sağlam addım ata bilər. Bu da yaxın gələcəyin işidir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar