Sizin Reklam Burada
Xəbər lenti
22-08-2025
21-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Özbəkistan Yazıçılar Birliyi yaradıcı insanlar üçün yaxşı imkanlar yaradıb" - Farida Afruz - FOTO

Tarix: 22-05-2025 13:17     Baxış: 2279 A- / A+
"YAZIÇI VƏ ŞAİRLƏR — CƏMİYYƏTİN  HƏKİMLƏRİDİR"
Müsahibimiz Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, "Dostluq" ordeni sahibi, tanınmış şair, yazıçı, dramaturq və tərcüməçi Farida Afruzdur.

— Sizcə, indiki dövrdə Özbəkistanda yaradıcı insanların əsas problemləri, çatışmazlıqları nədir?

— Bu sualın cavabını ümumiləşdirərək verim: bu gün onların azad və sərbəst şəkildə yaradıcılıqla məşğul olmalarına hansısa maneə, qadağa yoxdur. Cəmiyyətin ən həssas kəsimi olan yaradıcı insanlar üçün normal mühit yaradılıb və hər cür şərait mövcuddur. 
Buna misal olaraq Özbəkistan Yazıçılar Birliyi yaradıcı insanlara üçün yaratdığı böyük imkanları qeyd edə bilərəm. 
Yaçıçıların ixtiyarına verilən "Dörmon" yaradıcılıq evi gecə-gündüz, münasib qiymətlərlə, rahat şəraitdə qələm adamlarına yüksək səviyyəli xidmət göstərilir. 
Qonşu Qazaxıstan və Tacikistandan gələn yazıçılar yalnız Özbəkistanda belə şəraitin olduğunu deyirlər və buna sevindiklərini görmüşəm.
 Qazax və Tacik yaradıcı dostlarımız: "Bizdə də belə yaradıcılıq evləri olsaydı," — deyə bizə həqiqətən heyran qaldıqlarının şahidi olmuşam. Bundan əlavə, 2022-ci ildə Parkent rayonunun gözəl "Zarkent" kəndində tikilib istifadəyə verilmiş "Parkent" yaradıcılıq evi və "Çorvoq" dağlarındakı böyük ədəbiyyatşünas Ozod Şarafuddinov adına "Çorvoq" yaradıcılıq evləri kimi yerlər də yaradıcı insanların dincəlməsi və yaradıcılıqla məşğul olmaları üçün çox yaxşı məkanlardır. İndi isə problemlər və çatışmazlıqlar məsələsinə gəlincə, bu, hər kəsin şəxsi vəziyyətindən asılıdır. Çünki xalq deyir: "Axtaran imkanını tapar," yəni əgər yaradıcı adamlar həqiqətən yaradıcıqla məşğul olmaq istəyirsə, bu hər şəraitdə mümkündür.
Problemlərə və çatışmazlıqlara baxmayaraq, qələmini səbir və istəklə işlədərək, ruhunu alovlandıraraq yaradıcılıq etməyə davam edər. 
Bu gün ölkə rəhbərliyinin yaradıcı adamlara, mənəviyyat, incəsənət və mədəniyyətə göstərdiyi diqqət isə həqiqətən heyrətamizdir.

— Yazıçı və şairlər üçün bu gün ən ağrılı məqamlar sizcə nədir?...

— İndiki dövr yazıçı və şairlər, ümumiyyətlə ruhani dünyada yaşayan insanlar üçün ən ağrılı, ən sarsıdıcı nöqtə dəyərlərin çökməsidir. Uzun əsrlər boyu insanlığı mənəvi işıqlandıran yaxşılıq, ruhani köklər, müqəddəs duyğular bu günkü qlobal informasiya axını və istehlakçılıq təzyiqi altında yavaş-yavaş unudulur. "İnsanın könlü, əgər mənəviyyatdan kəsilərsə, qurumuş bədənə bənzəyir; xarici gözəllik olsa da, daxili həyat söndürülür." 
Bu gün biz məhz belə vəziyyəti görürük. 
İnsan müasirlik maskası altında özünü zəngin sayır, amma ruhən kasıbdır. informasiya çoxdur, amma anlayış yetərsizdir. 
Azadlıq var, amma mənəvi yük ağırdır. 
Xarici dünya gözəldir, amma daxili dünya boşdur. 
Şairin qəlbi bu prosesə laqeyd qala bilməz — o sözlə ağrını ifadə edir, qəlbi oyandırır, fikir ilə ruhu xəbərdar edir. 
Yazıçı və şair — bu zamana ruha həkim, ağrılı dövrlərdə sözlə müalicə edən müqəddəs şəxslərdir. 
Onlar unudulan dəyərləri xatırladır, mənəviyyatı yüksəldir, nur istəyən qəlblərə işıq saçırlar. 
Beləliklə, yaradıcılar həmişə ruhən ayıq olmalıdır.

— Bu günkü özbək ədəbiyyatında sizin fikrinizcə dünya ədəbiyyatı səviyyəsində əsərlər yaradılırmı?

— Özbək ədəbiyyatı — qədim və fasiləsiz inkişaf edən, mənəvi zənginlik mənbəyidir. Onun kökləri "Örxun-Enəsay" yazılı abidələrinə gedib çıxır. 
Bu mənbələr yalnız türk xalqları üçün deyil, bütün insanlıq mənəviyyatı üçün böyük önəm daşıyır. 
Özbək ədəbiyyatı əsrlər boyunca İslam mədəniyyəti, Turan sivilizasiyası və yerli xalqın şifahi ədəbiyyatı ilə bağlı olaraq formalaşıb və təkmilləşib. 
Bu gün də bu ədəbiyyat canlıdır: milli ruh, tarixi yaddaş və müasir dünya görüşü ilə birləşərək gözəl şeirlər, ümumilikdə dəyərli əsərlər yaradılır. Onlar dünya ədəbiyyatı səviyyəsində öz yerini tapır. 
Müasir özbək yazıçı və şairləri yalnız keçmiş mirasa söykənmir, onu tənqidi şəkildə təhlil edir və yeni bədii ton və üslublarla zənginləşdirirlər. Bu — ədəbiyyatımızın davamlı inkişafı və potensialını göstərir.

— Əvvəllər şair və yazıçıların çap olunmuş kitabları müzakirə olunur, təhlil edilirdi, səhvlər deyilirdi...
Məncə, ədəbi tənqid zəifləyib...


— Hal-hazırda mən Özbəkistan Yazıçılar Birliyində yaradıcı və təşkilati fəaliyyətimdə əsas diqqəti ədəbi tənqidi canlandırmağa, nüfuzunu bərpa etməyə və müasir ədəbi prosesdə təsir gücünü artırmağa yönəldirəm. 
Bu istiqamətdə ilham mənbəyim və yol göstərənim 1980-ci illərin ədəbi mühiti, həmin dövrün tənqidi düşüncə və əhvalıdır. Çünki o illərin ədəbi tənqidi təkcə yaradıcı insanları yüksək səviyyədə qiymətləndirmirdi, həm də milli ədəbiyyatın inkişafında böyük rol oynayırdı. 
Bu sahədə tanınmış mütəxəssislər, akademik səviyyəli ədəbiyyatşünas alimlər, ustadlar və ədəbiyyata marağı olan gənc yaradıcılarla aktiv dialoq və əməkdaşlıq aparırıq. 
Onlardan alınan fikirlər, praktik təkliflər və uzunmüddətli planlar bizə yalnız istiqamət deyil, həm də mənəvi dəstək, elmi və bədii yazıların təhlili üçün əsas verir. Fikirlər müxtəlifdir: bəziləri tənqidə akademik əsasların möhkəmləndirilməsini, bəziləri yeni media vasitələri ilə müasir təhlil formalarının yaradılmasını təklif edir. Digərləri isə ədəbi tənqidi yalnız yaradıcı insanlara deyil, həm də cəmiyyətə təsir edən mənəvi vasitəyə çevirmək zərurətini vurğulayır. Bu müxtəlif fikir və mülahizələr əsasında biz ədəbi tənqidin canlı qüdrətini bərpa etməyə, onu oxucu və yaradıcı arasında canlı dialoq vasitəsinə çevirməyə çalışırıq. Bu prosesdə tənqid yalnız ədəbi deyil, fəlsəfi, ruhani, mədəni və sosial ölçülərini də nəzərə alaraq onun elmi əsaslarını gücləndirmək, qiymətləndirmə meyarlarını yenidən gözdən keçirmək, həmçinin gənc tənqidçiləri yetişdirmək və elmi əsaslarla dəstəkləməyə xüsusi diqqət ayırırıq.

—Sizcə, dramaturgiya digər janrlardan nə ilə fərqlənir? 
Sizi nə cəlb edir?

— Dramaturgiya mənim qəlbimin təsviridir.
Dramaturgiya səhnə dili vasitəsilə insan ruhunu, cəmiyyətin dərdlərini, qəlb ağrılarını dərin ifadə etmə sənətidir.
Bu, insan duyğularının ən incə tellərinə toxunur, sözü hərəkətə, fikri səhnə ifadəsinə çevirir.
Qeyd etmək istəyirəm ki, “Oloy malıkəsi Qurbancan dodxon” kimi tarixi-sosial məzmunlu əsəri mən dramadan başqa heç bir janrda tam ifadə edə bilməzdim.
Bu obraz səhnənin nəfəsini, həyati hərəkət və mübarizəni, cəsarət və fədakarlığı tələb edirdi.
Onun daxili dramı, xarici mübarizəsi və xalq dərdi ilə yaşaması ancaq dram vasitəsilə həqiqi qüvvəyə malik olur.
Dramaturgiya mənim üçün təkcə yaradıcılıq istiqaməti deyil — fikrin hərəkətə, duyğunun təsirə çevrilmə prosesidir.
Bu mənə insan qəlbinə təsir etmək, keçmişlə bu günə arasında körpü salmaq, milli tarix və ruhu müasir nəfəs ilə ahəngləşdirmək imkanı verdi.
Dram əsərlərim vasitəsilə mən həyatın ağrısını da, ümidini də, insan dəyərini də daha dərindən hiss etməyə başladım.

— Tərcüməçi kimi müxtəlif ədəbiyyatların qarşılıqlı əlaqəsi və təsiri barədə fikriniz nədir? 
Hansı əsərləri tərcümə edib oxucuya çatdırmaq lazımdır?


— Tərcümə - xalqları xalqlara, dilləri dillərə bağlayan qızıl körpüdür.
Bu körpünün möhkəmliyi və davamlılığı daim diqqət və qayğı tələb edir.
Buna görə də daim yeni-yeni tərcümələrlə zənginləşdirmək vacibdir.
Ona görə də qardaş xalqların milli və ümumbəşəri ruhda olan əsərlərini keyfiyyətli, bədii və elmi cəhətdən tam tərcümə edib, onları özbək oxucusuna çatdırmaq təkcə mədəni vəzifə deyil, həm də beynəlxalq dostluq və həmrəyliyə xidmət edən şərəfli missiyadır.

— Yaradıcı insan kimi nələrdən ilham alırsınız, təsirlənirsiniz?

— İlhamımı həmişə varlığın saf nəfəsindən, təbiətin misilsiz gözəlliklərindən almışam.
Qəlbimdəkı hər duyğu, fikir və obraz təbiət mənzərələri ilə söhbətdən, həyatın səmimi notlarını dinləməkdən doğulub.
Təbiət mənim üçün gözəllik, heyranlıq və ilham mənbəyidir.
Şeirlərimdə də təbiətin nəfəsi, varlığın gözəlliyi ilə insanın daxili aləmini, hisslərini ifadə etməyə çalışmışam.
İlham mənbəyim həyatın özüdür, onun saflığı və sadəliyidir.

— Yaradıcı prosesdə gündəlik həyat və yazı vaxtı arasında necə tarazlıq saxlayırsınız?

— Həmişə gündəlik, məişət qayğılarımdan yaradıcılığı, yazmaq arzusunu üstün tutmuşam.
Lakin anayam, qadınam, ailəm və onun iç mühitinin bütövlüyünü qorumağa məsul olduğum üçün hər ikisinə bərabər vaxt ayırmışam.
Allahın köməyi ilə bu zəhmətimin bəhrəsi böyükdür — əmin-aman ailəm, uşaqlarım, nəvələrim var ki, ruhuma rahatlıq verir, sağlam və gözəl həyat yaşayırlar.
Yaradıcı işlərimə gəldikdə, nələrə nail olduğumu və ya yazdıqlarımın səviyyəsini mən yox, mütəxəssislər qiymətləndirməlidir; özüm haqqında bu barədə analiz aparmaq çətindir.
— Müasir ədəbiyyatın köhnə ənənələrdən fərqi nədir? 
Gənc nəslə münasibətiniz necədir?


— Müasirlik öz adından da göründüyü kimi — yenilikdir.
Fərqi məhz bu yenilikdədir!
Gənc nəsil ruhu və yaradıcılığına münasibətimə gəldikdə, hazırda gənclərlə işlədiyim üçün qeyd etmək istəyirəm ki, gənclərdəki bəzi hal mənə qəribə gəlsə də, əlbəttə razı olduğum tərəflər çoxdur. Ömrünün çoxunu yaşamış, dünyanın yüksəliş və enişlərini görmüş, həyatın isti-soyuq günlərini ürəyindən keçirmiş böyük bir nəsil nümayəndəsi kimi gəncləri izləyərkən bu etinatsızlıq ruhunun onlar üçün təhlükəli olduğunu düşünürəm.

— Yaradıcı araşdırmalarda, obrazların daxili dünyasına daxil olmaq üçün hansı metodlardan istifadə edirsiniz? Şəxsi araşdırmalarınız necə təsir edir?

— Yaradıcılıq proses həqiqətən, daim hərəkətdə olan, canlı bir orqanizm kimi içimizdə yaşayır; yaradıcı ağladıqda ruhu da ağlayır, güləndə gülür, ağrıyanda ağrısını çəkir, sevindikdə sevinir.
Və əlbəttə ki, şeirin qəhrəmanı, yəni liriki "mən"i də bu yaradıcıdan uzaq bir insan deyiləm,o  yaradıcı özüməm!
Obrazların daxili dünyasına gəlincə, hər yaradıcı insan dünyaya öz yaradıcılıq pəncərəsindən baxır və əlbəttə, orada əks olunanları təsvir edir.











Söhbətləşdi: 
Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlar Birliyinin üzvü.









Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar