Xəbər lenti
Firad Əliyev təltif olundu
Manevr.az xəbər verir ki, o, "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə mükafatlandırılıb.
Xatırladaq ki, baş ədliyyə müşaviri Firad Əliyev əvvəl Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb.Bir müddət əvvəl daxili işlər nazirinin müavini, Daxili Qoşunlar Komandanı, general-leytenant Şahin Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Hərbi Prokurorluq arasında ictimai əlaqələrin təmin edilməsində və informasiya əməkdaşlığı fəaliyyətində fərqləndiyinə görə baş ədliyyə müşaviri Firad Əliyevi "Daxili Qoşunlar Fərmanı" ilə təltif edib.
Firad Əliyevi 26 iyun 2024-cü il tarixdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə və 14 avqust 2024-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Yaranması Günü münasibətilə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə, Azərbaycan Respublikasının baş prokuroru, l dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev isə 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə xidməti vəzifələrini nümunəvi icra etdiyinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif ediblər.
Məlumat üçün vurğulayaq ki, baş ədliyyə müşaviri Firad Fuad oğlu Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr təhsil pilləsini 2002-ci ildə, magistr təhsil pilləsini isə 2004-cü ildə fərqlənmə diplomları ilə bitirərək, universitet rəhbərliyi tərəfindən "Hüquq fakültəsinin ən nümunəvi məzunu" adına layiq görülüb. 12 aprel 2005-ci il tarixdən prokurorluq orqanlarında qulluq keçir və xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif şəkildə təltif olunub, o cümlədən ona "ədliyyə müşaviri" və "baş ədliyyə müşaviri" rütbələri vaxtından əvvəl verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































