Sizin Reklam Burada
Xəbər lenti
18-09-2025
17-09-2025
BÜTÜN XƏBƏRLƏR

MEDİA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib

Tarix: 18-09-2025 17:58     Baxış: 330 A- / A+


MEDİA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası baş tutub.
Manevr.az bildirir ki, bu barədə MEDİA-dan məlumat verilib.
Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun rəhbərliyi ilə keçirilən görüşdə Müşahidə Şurasının üzvləri və Agentliyin İcraçı direktoru iştirak edib.
Görüşdə Agentliyin son dövrdə həyata keçirdiyi fəaliyyətlər, qlobal əməkdaşlıq istiqamətində atılan addımlar və təşkil edilən beynəlxalq tədbirlərin əhəmiyyəti müzakirə olunub. Eyni zamanda, yaxın müddətdə reallaşdırılması nəzərdə tutulan mühüm beynəlxalq layihələrin təşkilinə dair fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı rəqəmsal transformasiya dövründə medianın yeni reallıqları, informasiya mühitində yaranan çağırışlar və bu şəraitdə davamlı inkişafın təmin olunması yolları diqqət mərkəzində olub. Şura üzvləri media sektorunda müasir yanaşmaların tətbiqi, innovativ imkanların dəyərləndirilməsi və beynəlxalq təcrübədən faydalanmağın vacibliyini vurğulayıb.
İclasda həmçinin Agentliyin gələcək fəaliyyət istiqamətləri, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və qlobal informasiya mühitində Azərbaycanın mövqeyinin möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

MEDİA-nın Müşahidə Şurasının növbəti iclası keçirilibMEDİA-nın Müşahidə Şurasının növbəti iclası keçirilibMEDİA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar