Sizin Reklam Burada
Xəbər lenti
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

ARB telekanalı 11 yaşında

Tarix: 10-05-2025 13:16     Baxış: 4161 A- / A+

Bu gün ARB (Azerbaijan Republic Broadcaster) ümumrespublika televiziya kanalının 11 yaşı tamam olur.
ARB televiziya şirkəti Milli Televiziya və Radio Şurasının 2014-cü ildə keçirdiyi tenderin nəticələrinə görə Azərbaycan üzrə yayım hüququ əldə edib.

ARB Azərbaycanda müstəqil regional telekanallar - "Kəpəz” TV (Gəncə), "ARB Şimal” (Xaçmaz), "ARB Cənub” (Lənkəran), EL TV (Yevlax), "Kanal-S” (Şəki) və "ARB 24”ün (Bakı) birgə yaratdığı ilk televiziya şəbəkəsidir.

ARB Bakı və Abşeron yarımadası ərazisində 37-ci tezlikdə (11 sektor) yayımlanır. Bölgələrdə isə yayım regional telekanalların - "ARB Kəpəz”, "ARB Şimal”, "ARB Cənub”, "ARB Aran” və "ARB Şəki”nin siqnalları vasitəsilə həyata keçirilir.

Telekanal açıq yayımla yanaşı, Azərbaycanın ilk peyki olan "Azerspace 1”in Avropa seqmentində, kabel televiziyası və internet şəbəkəsi vasitəsilə də yayımlanır.

Sosialyönümlü verilişlər, operativ informasiya proqramları, realiti-şoular, müxtəlif mövzulu gündüz proqramları ARB TV-nin yayım siyasətinin əsasını təşkil edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar