Xəbər lenti
Fazil Mustafa "Subyekt.az" saytının əməkdaşlarını təbrik etdi

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, “Subyekt.az” xəbər saytının yayın həyatına başlamasının birinci ildönümü ilə bağlı saytın qurucu-baş redaktoru Rövşən Hüseynə təbrik məktubu göndərib:
Manevr.az həmin məktubu təqdim edir:
“Hörmətli Rövşən müəllim,
“Subyekt.az” xəbər saytının fəaliyyətə başlamasının birinci ildönümü ilə bağlı Sizi səmimi-qəlbdən təbrik edirəm!
Cəmi bir il ərzində formalaşaraq özünəməxsus mövqe qazanmaq hər bir media orqanı üçün mühüm uğurdur. Bu mənada, “Subyekt.az” ölkənin informasiya məkanına daxil olduğu gündən çevikliyi, cəmiyyətin diqqət mərkəzində olan məsələlərə həssas yanaşması və obyektiv təqdimat tərzi ilə seçilmişdir.
Ənənəvi jurnalistika dəyərlərini qorumaqla yanaşı, müasir çağırışlara adekvat cavab verməyi qarşısına məqsəd qoyan “subyekt.az”ın fəaliyyətində ictimai birliklər, dini qurumlar, eləcə də vətəndaş cəmiyyəti institutları ilə bağlı məsələlərin işıqlandırılması ayrıca təqdirəlayiqdir.
Əminliklə deyə bilərik ki, bir illik fəaliyyətiniz cəmiyyətə faydalı olmaq yolunda önəmli bir başlanğıcdır və gələcəkdə daha böyük uğurların təməlidir.
Bu münasibətlə Sizi Milli Məclisin
İctimai birliklər və dini qurumlar komitəsi adından bir daha təbrik edir, portalınıza və bütün yaradıcı heyətinizə davamlı inkişaf, geniş oxucu auditoriyası və peşəkar fəaliyyətinizdə uğurlar arzulayıram”!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar