Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Təqsirləndirilən jurnalist ifadə verdi

Tarix: 08-04-2025 22:29     Baxış: 3138 A- / A+

"Abzas Media" cinayət işi üzrə təqsirləndirilən şəxslərin növbəti məhkəməsi keçirilib.
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən jurnalistlərdən Fərid Mehralızadə ifadə verib.
O bildirib ki, "Abzas Media" saytı ilə heç bir əlaqəsi olmayıb. 2019-cu ildən 2024-cü il mayın 30-da həbs olunduğu günə qədər banklardan birində işlədiyini deyən Fərid Mehralızadə qeyd edib ki, həmçinin iqtisadi mövzuda təhlil yazıları hazırlamaqla yanaşı müxtəlif televiziya kanallarına və saytlara ekspert kimi müsahibələr verirdi. O bildirib ki, "Abzas Media" saytına da ekspert kimi müsahibə verib və bunun müqabilində hər hansı bir məbləğ almayıb.
Daha sonra məhkəmə prosesində şahidlər dindirilib.
Məhkəmə prosesi aprelin 22-də davam edəcək.
"Abzas Media" saytının təsisçisi Ülvi Həsənli 2023-cü il noyabrın 20-də həbs olunub. Daha sonra baş redaktor Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, Fərid Mehralızadə həbs olunublar. Onlara qarşı qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. ittihamlar irəli sürülüb.oxu.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar