Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Zamirə Dadaşova məhkəməni udsa da, "Space TV"də qalmaq istəmədi - FOTO

Tarix: 06-04-2025 11:57     Baxış: 4133 A- / A+

Aparıcı Zamirə Dadaşova "Space TV"dən çıxıb.
Manevr.az axşam.az-a istinadla xəbər verir ki, aparıcı öz ərizəsi ilə işdən çıxdığını deyib.
O bildirib ki, məhkəmədə qalib gəlib, kanaldakı işinə qayıtsa da, orada qalmaq istəməyib:
"Mənə görə şad xəbərdir. Dünən "Space TV"yə getmişdim. Yazığım gəldi ki, iki ildir mənə maaş ödəyirlər və mən ərizəmi yazıb çıxmasam məhkəmə qərarından sonra işdən çıxarda da bilmirlər. Dedim, bu qədər cəza bəsdir. Həm də orada çalışan insanların haqqına girmək istəmirəm. Ərizəmi yazdım, böyük məbləği götürdüm (13 ay maaş, 2 ay təzminat, 2 il məzuniyyət), yaxşı insanlarla sağollaşdım, pisləri Allaha həvalə etdim və 19 il çalışdığım binadan ayrıldım.
Nə qədər qürurlu, güclü, ədalətli olduğuma bir daha şahid oldum. Hətta məni tanımayan insanların da mənə necə hörmət etdiklərini, qarşı tərəfə olan münasibətlərini də gördüm. Əzilmədən, sınmadan, ədalətsiz və savadsız insanlara yerlərini göstərərək həyatımın gözəl bir səhifəsini də geridə qoydum. Özümlə, gücümlə, ağlımla qürur duyuram".
Qeyd edək ki, Zamirə sözügedən kanalda heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığını, daha sonra isə əmək kitabçasının ona verilmədiyini bildirmişdi.
Zamirə Dadaşova "Space TV"nin rəhbəri Vado Korovi məhkəməyə vermişdi. Aparıcı daha sonra məhkəmədə qalib gəldiyini açıqlamışdı. 
"Məhkəmənin qərarı ilə Space MMC də işə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əməkhaqqım ödənilməli və vəkilə ödədiyim rüsumu da cavabdeh ödəməlidir. Sənədlərdə o qədər yanlışlıqlara yol veriblər ki, gördükcə şoka düşürəm" deyə, Zamirə qeyd etmişdi.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar