Sizin Reklam Burada
Xəbər lenti
17-08-2025
16-08-2025
BÜTÜN XƏBƏRLƏR

Leyla Məmmədovanın “Müasir Azərbaycanda nəşriyyat işi” adlı monoqrafiyası çap olunub

Tarix: 05-03-2025 16:06     Baxış: 3218 A- / A+

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi Leyla Məmmədovanın “Müasir
Azərbaycanda nəşriyyat işi” adlı monoqrafiyası çap olunub. Kitab Ədəbiyyat 
İnstitutunun Elmi Şurasının 16 may 2024-cü il tarixli 3 saylı qərarı ilə nəşr edilib.
“Ön söz”ün müəllifi və elmi redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməd, rəyçilər filologiya elmləri doktoru, professor Cahangir Məmmədli və filologiya elmləri doktoru, dosent Gülbəniz Babayevadır.
Kitab Giriş, hər biri iki yarımfəsildən ibarət olmaqla “Müasir dövrdə Azərbaycanda nəşriyyat işi və onun xüsusiyyətləri”, “Nəşriyyatlarda redaktə işi və onun mərhələləri”, “Nəşriyyat və marketinq məsələləri” fəsillərindən və Nəticədən
ibarətdir.
Monoqrafiyada XX əsrin əvvəllərində Azərbaycanda nəşriyyat işinin yaranması və onun keçdiyi tarixi inkişaf prosesi, ölkəmizdə fəaliyyət göstərən nəşriyyat evləri və onların iş prinsipləri, dövlət və özəl nəşriyyatlar, çap və elektron nəşrlər arasındakı fərq, elektron nəşrlərin müsbət və mənfi cəhətləri, redaktorluq sənəti, redaktə problemləri  onların həlli, redaktor  müəllif münasibətlərinin nəşr prosesinə təsiri, kitab marketinqi, Azərbaycanda fəaliyyət göstərən nəşriyyat evlərinin marketinq strategiyası, bazar xidmətinin reallaşdırma yolları, marketinq planının əsas elementləri kimi məsələlər elmi cəhətdən araşdırılıb, müqayisəli təhlillər aparılıb.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabdan nəşriyyat işi ilə maraqlanan tədqiqatçılar, bakalavr, magistr  doktorantlar, geniş oxucu
auditoriyası faydalana bilər.

Gülnar Səma
AMEA Nizami Gəncəvi adına
 Ədəbiyyat İnstitutu İctimai əlaqələr şöbəs
Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar