Xəbər lenti
Şəhidimizin son sözləri : "Ata, mənə 15 manat pul göndərərsən"
Düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Əhmədov Elvin Süleyman oğlunun cənazəsi Tovuzun Yanıqlı kənd qəbristanlığında torpağa tapşırılıb.
Manevr.az xəbər verir ki, bu barədə azvision.az-a şəhidin yaxınları məlumat veriblər. Dəfn mərasimində Rayon İcra Hakimiyyəti, Müdafiə Nazirliyinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Bildirilib ki, şəhid E.Əhmədov ötən gün günorta saatlarında atası ilə sonuncu dəfə telefonla danışıb:
"Elvin bir aydan sonra hərbi xidməti başa vurub evə qayıdacaqdı. O, çox ağıllı, səmimi, tərbiyəli gənc idi. Orta məktəbi bitirən kimi hərbi xidmətə yollanmışdı. Ailəsi, hamımız onun yolunu gözləyirdik. Dünən günorta atası ilə telefonda danışıb deyib ki, kənddən ora bir nəfər gedəcək, onun vasitəsi ilə 15 manat mənə pul göndərərsən, evə qayıtmaq üçün lazım olacaq. Ailəsi elə də imkanlı deyil. Təsərrüfatla məşğul olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz şəhidlərimizlə qürur duyuruq", - deyə şəhidin yaxınları söyləyiblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar