Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Araz yaşasaydı 20 yaşı tamam olacaqdı -ŞƏKİL

Tarix: 28-05-2021 11:39     Baxış: 3439 A- / A+
Masallıda Vətən müharibəsi şəhidinin doğum günü qeyd olunub

Araz yaşasaydı 20 yaşı tamam olacaqdı

Masallı şəhər şəhid Sakit Tağıyev adına 4 nömrəli Digah tam orta məktəbində Vətən müharibəsi şəhidi Araz Seyfullayevin doğum günü münasibətilə anım mərasimi keçirilib.

Pandemiya qaydaları gözlənilməklə təşkil olunan tədbirdə məktəb rəhbərliyi, şəhidin ailə üzvləri və döyüşçü dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şəhid haqqında hazırlanmış videoçarx izlənilib.

Mərasimdə şəhidin qısa, şərəfli həyat yoluna nəzər salınıb. Bildirilib ki, Araz Elsevər oğlu Seyfullayev 28 may 2001-ci ildə Masallı şəhərində anadan olub. 2018-ci ildə Sakit Tağıyev adına Masallı şəhər 4 nömrəli tam orta məktəbini bitirib. Masallı Rayon Gənclər və İdman İdarəsi nəzdində Uşaq Gənclər İdman Məktəbinin cüdo bölməsinin yetirməsi kimi dəfələrlə rayon və zona yarışlarının iştirakçısı və mükafatçısı olub.

A.Seyfullayev 2019-cu ilin iyul ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. 2019-cu ilin oktyabr ayının əvvəlindən Xüsusi Təyinatlı Qüvvələrə qatılıb.
Araz Seyfullayev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl rayonlarının alınmasında iştirak edib. Oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Şəhidin nəşi 8 oktyabr 2020-ci il tarixdə doğulduğu Masallı şəhər Digah qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Subay idi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin əsgəri Araz Elsevər oğlu Seyfullayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Məktəbin direktoru Hamlet Quliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, böyük sərkərdə qabiliyyəti sayəsində müzəffər Ordumuzun 30 illik Qarabağ həsrətinə son qoyduğunu bildirib. O, deyib ki, 44 günlük Vətən müharibəsində yüzlərlə masallılı gənc könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda savaşa atıldı, Araz kimi oğullarımız sayəsində Zəfər tarixini yazdıq.
“Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev, SHXÇDX Masallı rayon şöbəsinin səfərbərlik üzrə zabiti Vüsal Nağıyev qazandığımız böyük Zəfərə görə canından keçərək şəhidlik zirvəsinə ucalan oğullarımıza, onların valideynlərinə, sağlamlıqlarını itirən qazilərimizə bir ömür boyu minnətdar və borclu olduğumuzu vurğulayıblar.

Birinci Qarabağ müharibəsi şəhidi Taleh Xudaverdiyevin qardaşı Elnur, Arazın sinif rəhbəri olmuş veteran müəllim Solmaz Rəsulova, məktəbin direktor müavini Rahid Məmmədov, çağırışaqədərki hazırlıq rəhbəri Rafiq Abbasov, şəhidin adını daşıyan 1 “a” sinfinin rəhbəri Ülviyyə Abbasova müstəqilliyimiz və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın gənc nəslə örnək olduğunu vurğulayıb, onların heç zaman unudulmayacağını diqqətə çatdırıblar.

Vətən müharibəsi iştirakçıları Aslan Əzizov, Tərlan Adıgözəlov döyüş xatirələrini bölüşüblər.

Şəhid Araz Seyfullayevin anası Günay xanım, şəhid Cavad İbadovun anası Rəsmiyyə xanım tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən oğulları ilə fəxr etdiklərini söyləyiblər.

Bildirilib ki, bu gün dövlətin, ölkə başçısının rəhbərliyilə aparılan siyasət şəhidlərə, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir.

Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.

Anım mərasiminin sonunda şəhidin məzarı ziyarət edilib, üzərinə gül-çiçək düzülüb, ruhuna dualar oxunub.



Akif VAQİFOĞLU,


MASALLI.


Araz yaşasaydı 20 yaşı tamam olacaqdı
Araz yaşasaydı 20 yaşı tamam olacaqdı
Araz yaşasaydı 20 yaşı tamam olacaqdı
Araz yaşasaydı 20 yaşı tamam olacaqdı
Araz yaşasaydı 20 yaşı tamam olacaqdı
Araz yaşasaydı 20 yaşı tamam olacaqdı
Araz yaşasaydı 20 yaşı tamam olacaqdı
Araz yaşasaydı 20 yaşı tamam olacaqdı
Araz yaşasaydı 20 yaşı tamam olacaqdı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar