Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Şəhid olduğu deyilən mayor evinə sağ qayıdıb - VİDEO

Tarix: 20-12-2020 11:05     Baxış: 3227 A- / A+
Şəhid olduğu deyilən mayor evinə sağ qayıdıb  - VİDEO

44 günlük Vətən mübaribəsində tarix yazanlardan biri də mayor Xəyyam Əliyevdir.
Xezerxeber.az-ın məlumatına görə, Füzili istiqamətində gedən qızğın döyüşlərdə mayor Xəyyam Əliyevin komandiri olduğu motoatıcı tabor düşmənə ağır zərbələr vuraraq iki keçilməz istehkamı qısa vaxt ərzində düşməndən təmizləyir. Növbəti həmlədə minaatan mərmi komandirin yanına düşərək onu ölümcül yaralayır. O, baş nahiyəsindən ağır yaralanaraq sol gözünü itirir.
Mayor, tabeliyində olan hərbçilərə tapşırır ki, "mənə fikir verməyin, siz irəliləməyə davam edin". Sonradan düşən mərmiləri isə onun üstünü torpaqla örtür.
O, yaralandıqdan sonra şəhid olduğu xəbərləri yayılır. Artıq Qazaxda, yaşadığı ünvanda hər kəs onun nəşini gözləyir, hazırlıq görürdü. Bu ərəfədə onun bacısına gələn zəng isə hər şeyi dəyişir...
Xəyyam Əliyevin ailəsi hospitala dəvət olunur. Çünki orada kimliyi bilinməyən yaralılar müalicə olunurdu və onların arasında mayor Xəyyam Əliyev də var idi.
Xəyyam Əliyevin atası Şəadət Əliyev özü də həm Əfqanıstan, həm də birinci Qarabağ müharibələrinin iştirakçısıdır. O, yeganə oğlunun hərbçi olmağını ailəsinin istədiyini deyib.

Xəyyam müharibədə göstərdiyi şücaətə görə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.



Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar