Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Unutmayaq- Şəhid Ruslan Hüseynov!

Tarix: 11-12-2020 19:44     Baxış: 3991 A- / A+
Unutmayaq- Şəhid Ruslan Hüseynov!

Əziz izləyicilər, Manevr.az saytı olaraq sizlərə ikinci Qarabağ savaşının qəhrəmanlarından biri- şəhid Ruslan Hüseynov haqqında söz açmaq istəyirik.
Unutmayaq, unutdurmayaq!


Şəhid Ruslan Vəli oğlu Hüseynov 10 may 1988-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra 2014-cü ildə aprel ayının 10-u “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na daxil olmuş, elə həmin ilin iyun ayının 7-si oxuduğu kursu "Kiçik çavuş" rütbəsi ilə bitirib Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmətə başlamışdır.

Hələ 2016-cı ildə çağdaş Azərbaycan tarixinin aprel döyüşləri səhifəsi yazılarkən Ruslan Hüseynov da sözügedən döyüşlərə qatılıb öz döyüş əzmkarlığını, məsuliyyətini göstərmiş, kəşfiyyatçı kimi qəhrəmanlıq nümayiş etdirmişdir.

2018-ci ildən "N" saylı hərbi hissədə manqa komandiri vəzifəsində çalışan Ruslan Hüseynov ikinci Qarabağ müharibəsi başlayan zamandan onun iştirakçısına çevrilib bir sıra gərgin döyüşlərdə olmuş, noyabr ayının 1-i Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
Onu da qeyd edək ki, Ruslan Hüseynov çalışdığı illər ərzində uğurlu xidmətinə görə bir neçə dəfə rəhbərlik tərəfindən mükafatlandırılaraq Fəxri Fərmanla təltif olunmuşdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar