Xəbər lenti
Şimşiroqlu Daşaltıda uşaq bağçası tikdirir - FOTOLAR

25 il öncə ordumuzun hakimiyyət savaşının rəvac verdiyi təxribatlar nəticəsində uğursuzluğa uğrayan əməliyyatından sonra tamamilə erməni terrorçu birləşmələrinin nəzarətinə keçmiş Şuşanın Daşaltı kəndində ermənilər quruculuq işləri aparırlar.
Moderator.az bu haqda erməni mediasına istinadla xəbər verir. İşğaldan sonra bu qədim Azərbaycan kəndi Karin Tak adlanır. Ötən illərdə Ümumerməni “Hayastan” fondu kənddə yeni icma mərkəzi binası tikdirib, məktəbin idman zalını təmir etdirib və kəndin su təchizatını təkmilləşdirib. 2016-cı ildən isə Daşaltıda yeni uşaq bağçası tikilməyə başlayıb. 50 uşağa xidmət edəcək bağça qondarma “DQR” rejimi, hazırda Argentinada yaşayan türkiyəli erməni metcenat Qriqor Şimşiroqlu, digər argentinalı ermənilər: Deveçyan və Ekserçyan, eləcə də Cənubi Kipr və Yunanıstan erməni icmalarının birgə maliyyəsi hesabına tikilir.
Kənd “icra nümayəndəsi” Mxitar Aruşanyanın sözlərinə görə, hazırda Daşaltıda 650-yə yaxın erməni yaşayır.
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar