Xəbər lenti 
					
 
		SEPAH generalı:“Qarabağ Azərbaycan torpağıdır”

“Qarabağ Azərbaycan torpağıdır. Ermənistan Qarabağı işğal edib və işğal etdiyi torpaqlardan təcili çıxmalıdır”.
Bunu İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Siyasi vəkili general Cavani bildirib.
SEPAH generalı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Dağlıq Qarabağ böhranının həlli üçün möhkəm əsas ola biləcəyinə vurğulayaraq qeyd edib ki, bu qətnamələrdə "Dağlıq Qarabağ" bölgəsi Təhlükəsizlik Şurası tərəfindən Azərbaycana aid olduğu kimi tanınır və mövcud vəziyyət Ermənistanın bu əraziləri işğal etdiyini göstərir: “Hətta tarixi sənədlər də Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasına və Azərbaycan müsəlman xalqına, xüsusən də bu bölgədəki şiələrə məxsus olduğunu göstərir. Şübhəsiz ki, bu bölgədəki mübahisələrin və qarşıdurmaların sonu bu bölgəni işğal altında saxlayan dövlətin çıxarılmasını tələb edir”.
General keçmişdə İranın Qarabağda göstərdiyi tarixi roluna da diqqət çəkib:
“Azərbaycan Respublikası və Ermənistan Respublikası İslam Respublikasının bu işdə fəaliyyətindən xəbərdardırlar”.apa
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















