Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Cəbhədə SON VƏZİYYƏT - Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatı

Tarix: 27-09-2020 10:57     Baxış: 3397 A- / A+
Cəbhədə SON VƏZİYYƏT - Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatı


“Sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutub”.

Manevr.az-ın məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralanan var: “Mülki infrastruktur obyektlərinə ciddi zərər dəyib. Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələri susdurulub. Mülki əhalinin təhlükəsizliyini qorumaq üçün qoşunların əks-hücum əməliyyatına başlaması barədə qərar verilib. Ermənistan Silahlı Qüvvələrinin ön xətdə və cəbhənin dərinliyində yerləşən obyektləri məhv edilib.

Müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib.

Azərbaycan Ordusunun bir döyüş helikopteri zədələnib, helikopter öz mövqelərimizə eniş edib. Qoşunlar sürətli əks-hücum əməliyyatlarını davam etdirir”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi sosial şəbəkə istifadəçilərini rəsmi olmayan, dəqiqləşdirilməyən, qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar