Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Hədəfimiz məsələnin beynəlxalq müstəvidə həllinə nail olmaqdır" -ƏLÖVSƏT AĞALAROV

Tarix: 16-12-2016 23:31     Baxış: 2549 A- / A+
"Hədəfimiz  məsələnin beynəlxalq müstəvidə həllinə nail olmaqdır"


"Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azadlığı uğrunda birləşməliyik. Beynəlxalq hüququn bizə verdiyi imkanlardan yararlanmalıyıq".

Manevr.az xəbər verir ki, bu sözlər Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və təlafatların qiymətləndirilməsi üzrə işçi qrupu və Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin birgə toplantısında səsləndirilib.

Xatırladaq ki, Kəlbəcər rayonunun ermənilər tərəfindən işğal edilmiş Şaplar kəndində erməni silahlı qüvvələrinin 2014-cü ilin yayında həyata keçirdikləri əməliyyat nəticəsində əslən azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülmüş, Həsən Həsənov qətlə yetirilmişdir. Dağlıq Qarabağdaki qondarma rejimin qurduğu saxta məhkəmədə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum edilmişlər. Hər iki soydaşımız heç bir cinayət törətməmiş, Kəlbəcərə getməkdə məqsədləri işğal edilmiş ata-baba yurdlarına baş çəkmək, əzizlərinin məzarını ziyarət etmək idi.
Toplantı iştirakçıları girovların hüquqlarının müdafisə ilə bağlı görülən işlərdən və qarşıda duran məsələlərdən danışdılar. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov girovların azad olunması uğrunda dövlət səviyyəsində görülən danışdı, Milli Məclisin deputatı Xahnhüseyn Kazımlı Londonda Diplomatik Prores İnstitutunda vəkillərlə keçirdiyi görüş barədə məlumat verdi. Çıxış edənlər bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq müstəvidə dəfələrlə bu məsələni qaldrmış, əsirlikdə olan bütün əsir və girovların azad olunmasını tələb etmişdir. Lakin bütün tələblər bugünədək cavabsız qalmışdır.

Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Əlövsət Ağalarov yarandığı qısa vaxt ərzində komitənin gördüyü işlər barədə qısa məlumat verdi: “Müdafiə komitəsinin təsis olunduğu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, beynəlxalq təşkilatlara, Rusiyanın Azərbaycandaki səfirinə müraciətlər qəbul etdik. İşçi qrupunun üzvləri Ukraynadan gəlmiş beynəlxalq səviyyəli hüquqşünaslar, akademik O.V.Zayçuk, professor L.D.Timçenko və professor A.A.Mereşko ilə Bakıda görüş keçirdik. Məqsədimizi izah etdik, problemin çözüm yolların aradıq. Onlar da bizimlə həmfikir olduqlarını bəyan etdilər və o görüşdə bizə bir yol xəritəsi çəkdilər. Bugünlərdə Kiyevdə keçirilən Ümumukrayna azərbaycanlılarının IV forumunda məsələ ilə bağlı bizim müraciətimiz də oxundu və qərara alındı ki, Dilqəmlə Şahbazın müdafiə komitəsinin Ukaynada da özəkləri yaradılsın. Hədəfimiz məsələnin beynəlxalq müstəvidə həllinə nail olmaqdır”.

Azəri Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı da problemin beynəlxalq səviyyədə ictimailəşməsinə nail olmağın vacibliyini dedi: “Dünyanın tanıdığı və qəbul etdiyi Azərbaycan sərhəddində Kəlbəcər Azərbaycan torpağıdır və bu adamlar heç bir cinayət törətmədən ata-babalarının qəbrini ziyarət etməyə gediblər. Öncə bunu dünyaya anlatmalı sonra beynəlxalq hüqüqlarımızdan istifadə etməliyik”. Digər çıxış edənlər – millət vəkili Elman Nəsirov, Akif Nağı, Azər Həsrət, Fəxrəddin Paşayev və başqaları da Dilqəmlə Şahbazın azad olunması üçün bütün beynəlxalq hüquqlarımızdan istifadə etməyin vaxtı çatdığını və nəyin hesabına olursa olsun soydaşlarımızı erməni girovluğundan azad edilməsi üçün bütün imkanlar istifadə edilməsini bildirdilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar