Xəbər lenti 
					
 
		Ordumuzun döyüşə hazırolma vəziyyəti yoxlanıldı - VİDEO

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi keçirilib.
Manevr.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlimin keçirilməsində məqsəd birləşmə və hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanılması, mühafizədən müdafiəyə keçərkən uzlaşmış fəaliyyətə nail olunması, müdafiə döyüşünün aparılması zamanı döyüş düzülüşü elementlərinin fəaliyyətinin təkmilləşdirilməsi olub.
Praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr döyüş atışlarını yerinə yetiriblər. Ərazidə qəbul edilmiş qərarlar Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində kompüterlər üzərində xüsusi proqram vasitəsilə icra edilib.
Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılan zaman bildirilib ki, qarşıya qoyulmuş tapşırıqların tam həcmdə yerinə yetirilməsində zabitlərin peşəkarlığı və ən müasir vasitələrin tətbiqi mühüm rol oynayıb.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















