Xəbər lenti 
					
 
		85 yaşlı kəlbəcərli ağsaqqalın döyüş harayı- PREZİDENTƏ VİDEOMÜRACİƏT
 Əslən Kəlbəcərdən olan keçmiş döyüşçü Ramiz Abışovun atası, 85 yaşlı Abdullah Məhəmməd oğlu Abışov dövlət başçısına çağırış edib.
Əslən Kəlbəcərdən olan keçmiş döyüşçü Ramiz Abışovun atası, 85 yaşlı Abdullah Məhəmməd oğlu Abışov dövlət başçısına çağırış edib.Manevr.az bildirir ki, doğma yurd-yuvasız yaşamağın mümkün olmadığını, erməni daşnaklarının torpaqlarımıza sahib çıxmalarına dözə bilmədiyini vurğulayan 85 yaşlı Abdullah Məhəmməd oğlu Abışov ölkə başçısına və ordu generallarına döyüş əmri üçün müraciət edib. Kəlbəcərli ağsaqqal çağırışında bildirib ki, niyə əsgərimiz, ordumuz olduğu halda, biz erməninin əlində girinc qalmalı, 30 ilə yaxın məcburi köçkün kimi yaşamalıyıq. Yurd həsrətlisi sonra sözlərinə belə davam edib:
“Mən dövlətimizdən tələb edirəm, xahiş edirəm şərait yaratsın əsgərlərimiz döyüşə getsin. Mənim evimdə döyüşən 6-8 nəvəm var. Başda Ramiz olmaqla istəyirəm onlar döyüşə getsin. Dağlarda ermənilərin nəfəsini kəsən, Salatını(Şəhid jurnalist Salatın Əsgərova) öldürən rusları tutub komandanlığa təhvil verən Ramiz, mənim evimdədi və döyüşə hazırdı.
Ermənilər “İstisu” kimi sərvətimizi öz adlarına çıxıb dünyaya tanıdırlar, “Bal festivalı” keçirib vətəndaşlarına paylayır və görün biz nələr etmişik deyirlər. Mən xahiş edirəm, yalvarıram icazə verin əsgərlərimiz hücuma keçsin, torpaqlarımızı azad edək, gedib torpağımızda ölək”
Müraciətinə baxılmasa aclıq aksiyası keçirəcəyini bildirən A.Abışov, eyni zamanda Kəlbəcər, Laçın və Qubadlı ağsaqqallarına da çağırış edib. O ağsaqqalları birgə müraciətə səsləyib.
Manevr.az sözügedən videomüraciəti təqdim edir:
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















