Xəbər lenti
Erməni təxribatının qarşısı alındı - Düşmən ağır itki verdi
Bu gün günorta saatlarında erməni silahlı birləşmələri cəbhənin Tərtər istiqamətində növbəti dəfə təxribat törədiblər.
Manevr.az xəbər verir ki, düşmən işğal olunmuş ərazilərimizdən rayonun Qapanlı kəndini atəşə tutub. Nəticədə kənd sakini Zakir Əliyevə məxsus evə ziyan dəyib. Aprel hadisələri zamanı evi dağılan Zakir Əliyevin sözlərinə görə, mənzili yeni təmir olunduğundan həmin otaqda yaşayış yoxdur. Bu səbəbdən də hadisə nəticəsində yaralanan olmayıb. Kənd sakinlərinin sözlərinə görə, erməni silahlı birləşmələri iri çaplı silahlardan istifadə edib.
Qeyd edək ki, dünən axşam saatlarında işğal edilmiş Dağlıq Qarabağdakı erməni ordusunun üçüncü müdafiə mövqeyində atəşkəsin pozulması nəticəsində təxribatçı erməni silahlılarından 9-nun yaralandığı, 1-nin isə öldüyü barədə yayılan xəbərləri Ermənistan Müdafiə Nazirliyi qismən təsdiqləyib. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Kliniki Hospitalının rəisi Aram Asaturyanın yerli media nümayəndəsinə verdiyi xəbərə görə, yaralılardan 19 yaşlı Karapet Mikaelyan və 24 yaşlı Kadjik Badalyan onların hospitalına köçürülüb. Karapet Mikaelyan baş nahiyəsindən yaralanıb, Kadjik Badalyan isə qarın hahiyəsindən güllə yarası alıb. Daha bir yaralı hərbi qulluqçu - Qaqik Paqosyan isə Xankəndi hospitalındadır.
Azərbaycan Müdafiə Nazirliyindən isə təmas xəttində gərginliyin yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirilərkən erməni təxribatlarının qarşısının qətiyyətlə alındığı, qarşıdurma xəttində əməliyyat şəraitinin ordumuzun tam nəzarətində olduğu qeyd edilib.atv.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar