Xəbər lenti
Silahı pas atan məmləkətin kişisinə təbrik düşürmü? - Aprel döyüşləri olmasaydı...
“Salam! Səni Azərbaycanda Silahlı Qüvvələri Günü münasibətilə təbrik edirəm”.
Neçə illərdir ki, dost-tanışdan aldığım bu təbrik ismarıcı həm məni qıcıqlandırıb, həm də elə düşünürdüm ki, bu diqqətcil insanlar məni ələ salır. Fikirləşirdim ki, torpaqlarının xeyli hissəsi yağı əlində yağmalanan, illərdən bəri əsgəri atəşkəs rejimi altında mürgüləyən, tüfəngi pas atan bir məmləkətin kişisinə silahlı qüvvələr günü təbrik düşürmü? Və heç bir təbrikə cavab vermirdim. Bu cür təbriklərin əks cinsin nümayəndələri tərəfindən yollanması isə, mənə daha ağır gəlirdi, pis təsir edirdi. Bu təbriklərin alt qatında yurd yerlərimizin işğalda azad olunmasına çağırış hiss olunurdu. Hər təbrikin arxasında bir sual dayanırdı: güclü ordumuz, müasir silahımız, iqtisadi imkanlarımız olduğu halda, döyüşə başlamağımız üçün nəyimiz çatışmır. “Nəyimiz” məsələsi məni də həmişə düşündürüb.
Düzdür, mən hərbiçi deyiləm. Ancaq işimizdən-gücümüzdən, yaşımızdan asılı olmayaraq hər birimiz sevgili Vətənin daimi əsgərləriyik. Həm də biz kişilərin xüsusi bayramı olmadığı üçün, iyunun 26-sı dolayısı ilə də, düzü ilə də bizim günümüz hesab olunur. Xatırlayırsızsa, dağılmış ittifaqın tərkibində olanda 23 fevral dəniz donanması günü kişilərin bayramı kimi qeyd edilirdi. Dağılmış dağılandan sonra, bir növü, bu bayramı 26 iyun əvəz elədi-Müstəqil Azərbaycanın Silahlı Qüvvələri Günü.
Bu gün yenə də bayramdı- Azərbaycanın Silahlı Qüvvələri Günüdür. Əvvəlki illərdən fərqli olaraq, builki ordu gününü səbirsizliklə gözləyirəm. Axı, mənə yenə təbriklər gələcək və ötən illərdən fərqli olaraq bu təbriklərə cavab yazacam: qürurla, iftixarla...bu dəfə ən gözəl sözləri ordumuzun ünvanına söyləyəcəm. Şanlı, qüdrətli, güclü ordumuz var, deyəcəm. Və bu fikri məndə aprel döyüşləri yaratdı. Düşmənin burnunu ovan əsgərlərimiz, bu haqq savaşda qalib gələcəyimizi sübut etdilər. Və bu hərbi uğurlarımızın davam edəcəyinə ümidvaram.
“Erməni silahlı qüvvələri atəşkəs rejimini yenə də pozmuş, düşmən cavab atəşi ilə susdurulmuşdur.” Bu standart sözlər illərdir ki, qulağımızı yağır eləyib. İnşallah bir gün bu sözlər qulağımıza çatacaq-Düşmən birdəfəlik cavab atəşi ilə susduruldu.
Bu gün mənə ünvanlanan bir neçə təbrikə cavab yazdım. “Mən də sizi təbrik edirəm. İnanıram ki, tez bir zamanda işğal olunmuş torpaqlarımızı bütövlükdə düşməndən azad edəcəyik. Həmin gün tarixə Azərbaycan Silahlı Qüvvələrinin Qələbə Günü kimi yazılacaq.”
Bayramınız Mübarək! Ordumuzun yaşı yüz il, min il, milyon il olsun...
Namiq Dəlidağlı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar