Xəbər lenti
Qarabağ qaziləri Türkiyə prezidenti ilə görüşdü - ŞƏKİLLƏR
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyənin Samsunq şəhərində olan Qarabağ qaziləri və Birliyin rəhbərləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüblər.
Manevr.az-ın xəbərinə görə, bu barədə Birliyin rəhbəri Emin Həsənli musavat.com-a məlumat verib.
Emin Həsənli deyib ki, rəhbərlik etdiyi təşkilatın təmsilçiləri və Qarabağ qaziləri Atatürkü anma, gənclik və idman bayramı münasibəti ilə Türkiyədə səfərdədir: "Böyük Atatürk tərəfindən Qurtuluş savaşının 19 may 1919-cu ildə SAMSUNdan başladılmasının 100 illiyini qeyd edən Türkiyənin ən əziz qonaqları sırasında Qarabağ qaziləri də var. Burada qazilərimizə yüksək diqqəti görürük. Türkiyə prezidenti Tayyib Ərdoğanla görüş də bu yüksək diqqətin nəticəsidir. Görüş isti keçdi, Türkiyə prezidentinə təşkilatımız və qazilərimiz haqda məlumat verdik, simvolik hədiyyələr təqdim etdik. Səfərimiz davam edir".
Emin Həsənli müxbirimizə deyib ki, o, Samsunun Cümhuriyyət meydanında, Bayram tədbirində Prezident yanında QHT - lərə Dövlət Dəstəyi Şurasının üzvü kimi çıxış da edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar