Xəbər lenti
Erməni jurnalist qanunsuz şəkildə Azərbaycana daxil oldu
Nədənsə Tərtər Rayon İcra Hakimiyyətinin rəsmi saytında rayonun bir şəhər və 13 kəndinin Ermənistanın işğalı altında olması haqda bir kəlmə də yazılmır. Lakin Azərbaycanın Tərtər rayonunun işğal altındakı Təpəkənd məntəqəsində səngər qurmuş işğalçı erməni hərbçilərinin görüntüləri yayılıb.
Manevr.az veteninfo.az-a istinadən xəbər verir ki, həmin foto-görüntülər Ermənistan nəşrlərindən birində dərc edilib. Amalya Marqaryan adlı jurnalist qanunsuz şəkildə Azərbaycan ərazilərinə daxil olaraq “Tonaşen” adlandırılmış kəndimizdə yerləşən “Yexnikner” (“Marallar”) adlı hərbi hissələrdən birinə baş çəkib.
O, qeyd edir ki, Təpəkəndə Xankəndi, Xocalı, Əsgəran, Suqovuşan (Madagiz) məntəqələrindən keçməklə çatıb.
Müxbir işğalçı ordu əsgərlərinin xidmət şəraiti ilə tanış olub və buna aid foto-görüntülər paylaşıb.
Təəssüf ki, Azərbaycanda çoxları, hətta bəzi dövlət məmurları bu günədək hüquqi-inzibati cəhətdən Tərtər rayonuna daxil olan o boyda Ağdərə şəhərinin və 13 kəndin Ermənistanın işğalı altında qaldığını bilmir. Bu haqda “Vikipediya” internet-nəşrində məlumat verilsə də, Tərtər Rayon İcra Hakimiyyətinin rəsmi saytında istər bu, istər 1988-1994-cü illərdə Tərtər rayonu sakinlərinin, Milli Ordu əsgərləri ilə çiyin-çiyinə erməni işğalçılarına qarşı qəhrəman savaşı, istərsə də hərbçilərimizin 2016-cı ilin Aprel döyüşləri zamanı rayonun Talış, Suqovuşan kəndləri ətrafındakı igidlikləri barədə bir kəlmə də yazılmır…
Saytda rayonun Ağdərə rayonuyla həmsərhəd olduğu qeyd edilir, halbuki Ağdərə rayonu 1992-ci ildən rəsmən ləğv edilib və ərazisi Tərtər, Ağdam və Kəlbəcər rayonları arasında bölüşdürülüb…
Nədənsə Tərtər Rayon İcra Hakimiyyətinin rəsmi saytında rayonun bir şəhər və 13 kəndinin Ermənistanın işğalı altında olması haqda bir kəlmə də yazılmır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar