Xəbər lenti
Sarkisyan Bakıya da yalvardı: Bu çətin günlərdə Qarabağda...
Ümid edirəm ki, gərgin daxili siyasi vəziyyətdə Dağlıq Qarabağda hər hansı gərginlik olmayacaq.
Manevr.az xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Armen Sarkisyan “Belarus 1” telekanalına açıqlamasında deyib.
“Ermənistanda yaşanan bu çətin vəziyyətdə hər kəsə çağırış edib, deyirəm ki, Dağlıq Qarabağda hər hansı provokasiya və ya konflikt olmaması üçün gərginlik məhdudlaşdırılsın”, - deyə Sarkisyan bildirib.
Onun bu çağırışının daha çox hazırda siyasi səhnədə uduzmaqda olan Qarabağ klanının üzvlərinə, o cümlədən Qarabağ separatçılarına ünvanlandığı birmənalıdır. Çünki aprelin 13-dən Ermənistanda sabiq baş nazir Serj Sarkisyanın əleyhinə kütləvi nümayişlər başlayandan sonra düşmən tərəfi guya Azərbaycan ordusunun cəbhə bölgəsində fəallaşması ilə bağlı “video” paylaşaraq, öz əhalisini şantaj etməyə cəhd göstərib.
Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətinin yaydığı görüntüləri təkzib edərək, cəbhədə hər hansı gərginlik yaratmaq və hücum niyyətində olmadığını, ancaq qarşı tərəfin istənilən təxribatına ən sərt şəkildə cavab veriləcəyini bildirib./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar