Xəbər lenti
"İlham Əliyev aprel döyüşlərini təkrarlaya bilər" -MÜDHİŞ İDDİA

"Azərbaycan aprel döyüşləri zamanı uğur qazanıb. Ölkədə böyük vətənpərvərlik hissi yaradıb, xalq rəhbərliyin ətrafında sıx birləşib. Apreldə baş verənlər ölkədə güclü vətənpərvərlik dalğası yaratdı, xalq rəhbərlik ətrafında birləşdi və bu da İlham Əliyevə bəzi müsbət nəticələr gətirdi. Bu səbəbdən İlham Əliyev bunu təkrarlaya bilər".
Manevr.az-ın verdiyi məlumata görə, bunu Karnegi fondunun elmi əməkdaşı Tomas de Vaal, Cənubi Qafqaz üzrə ekspert Tomas De Vaal Ermənistanin "1in.am" saytına müsahibəsində bildirib.

De Vaal erməni jurnalistlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarına cavab olaraq deyib ki, azərbaycanlılar torpaqlarını, evlərini itirib, buna görə də status-kvo Azərbaycan üçün sərfəli deyil. Ekspert Azərbaycanın mövcud vəziyyətlə barışmayacağını da vurğulayıb. De Vaal Azərbaycanın hərbi ritorikasının Ermənistan hakim dairələrini və erməni ictimaiyyətini də təşvişə saldığını qeyd edib.
Ekspert Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkiləri ilə bağlı sualı da cavablandırıb: "İlham Əliyev seçkilərin vaxtını dəyişdi, çünki bunu etməyə haqqı, imkanı var. Azərbaycan iqtisadiyyatı hazırda əlverişli vəziyyətdədirsə, o halda niyə gözləsin? Buna görə də seçkilərin mümkün qədər daha tez keçirilməsi qərarına gəldi. Bu addım müxalifət üçün gözlənilməz oldu və onlar təşkilatlana bilmədilər".apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar