Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şahbaz Quliyev ailəsinə növbəti dəfə məktub göndərib -VİDEO

Tarix: 01-10-2016 20:40     Baxış: 5471 A- / A+
Erməni girovluğunda olan Şahbaz Quliyevdən xəbər var - Video

Şahbaz Quliyev ailəsinə növbəti dəfə məktub göndərib




Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları məktubu onun Tərtər rayonu ərazisində yaşayan yaxınlarına çatdırıblar.

Girovun bacısı İlhamə Əsgərova deyir ki, o, məktubunda durumunun yaxşı olduğunu bildirib, salamlarını çatdırıb.


"Sonuncu məktub bir neçə gündür göndərilib. Şahbazın vəziyyətində ciddi dəyişiklik yoxdur. Durumu yaxşıdır", - deyə Şahbaz Quliyevin bacısı İlhamə Əsgərova bildirib.
5 övlad anası olan Sənəm nənə isə oğlu Şahbazın hələ də Rusiyada olduğunu düşünür. O deyir ki, kənd yerində yaşamaq onun üçün rahat olduğundan övladlarının yanında qalmır. Elə övladlarının da onu burada ziyarət etmələrini istəyir.

"Şahbazın iki qardaşı, iki bacısı var. Onun qardaşları Sumqayıtda yaşayırlar", - deyə Şahbaz Quliyevin anası Sənəm Quliyeva vurğulayıb.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.

Digər Azərbaycan vətəndaşı Həsən Həsənov güllələnərək öldürülüb. Həsən Həsənovun meyidi düşməndən alınaraq Bakıda dəfn edilib.
Qondarma "məhkəmə" ötən il dekabrın 19-da Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə "hökm" çıxarıb.(ARB )


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar