Xəbər lenti
Parisdə keçirilən konfransda Dilqəm Əsgərov və Şahbaz Quliyevə ermənilər tərəfindən qanunsuz HÖKM OXUNDUĞU ÖNƏ ÇƏKİLİB -FOTOLAR
“Balzak” kinoteatrında Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə təşkil olunmuş “XXI əsrdə qaçqın və girov məsələsi : Azərbaycan nümunəsində” adlı konfransda söylənilib.
Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə həsr edilmiş konfransı açan vəkil Alen Tremolyer Dağlıq Qarabağ münaqişəsinə, onun nəticələrinə, Azərbaycanın ərazi bütövlüyünə diqqəti çəkib, cəbhə xəttində erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilən mülki şəxslərdən, öz doğma torpaqlarında girov götürülmüş azərbaycanlılardan danışıb.
Sonra rejissor Maksim Mardukayevin “Qarabağ, səni tərk etmirəm” (“Karabagh, je ne te quitte pas”) adlı 50 dəqiqəlik sənədli filmi nümayiş olunub.
Azərbaycanlı qaçqınların və məcburi köçkünlərin həyatına həsr olunmuş film doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərimizin köhnə qatar deposunda sığınacaq tapmalarından, çətinliklərlə üzləşmələrindən və bütün bunlara baxmayaraq, doğma evlərinə qayıtmaq həsrəti ilə yaşamalarından bəhs edir.
1989-cu ildə Azərbaycana gələn M. Mardukayev qaçqın və məcburi köçkünlərlə görüşüb, onların söylədiklərini və öz gördüklərini lentə alıb. On beş il sonra yenidən ölkəmizə qayıdan rejissor həmin insanlarla yenidən görüşüb. Film qaçqın və məcburi köçkünlərin acınacaqlı talelərini nümayiş etdirir.
Filmin nümayişindən sonra Robert Şuman İnstitutunun vitse-prezidenti Florans Qabey və “Paris Match” jurnalının əməkdaşı, jurnalist-reportyor Jil Trişard Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən, bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, onların hüquqlarını müdafiə edən beynəlxalq hüquqi sənədlərdən, bu insanlara dəyən sağalmaz yaralardan və mənəvi zərbələrdən söz açıblar, qaçqınlıq həyatına məruz qalan insanların keçirdiyi daxili sarsıntılardan danışıblar.
Daha sonra çıxış edən “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov və ATXƏM-in icra katibi İlqar İlkin öz doğma torpaqlarında ermənilər tərəfindən əsir götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə diqqət çəkiblər. Azərbaycanlı girovlar haqqında məlumat verilib və onların qanunsuz məhkəmə tərəfindən məhkum olunduqlarını qeyd edilib.
Ermənistanın Avropa Konvensiyasının bir neçə maddəsini pozduğu diqqətə çatdırılıb. Azərbaycanlı əsirlərə işgəncə verildiyi, onların səhhəti ilə bağlı problemlərin yarandığı, ağır şəraitdə saxlanıldıqları vurğulanıb.
Bildirilib ki, 25 ildir heç bir beynəlxalq hüquqi sənədə riayət etməyən Ermənistan hələ də cəzasız qalır. Konfrans sual-cavablarla davam edib.
Rejissor Maksim Mardukayev AZƏRTAC-a müsahibəsində deyib ki, bu, onun Azərbaycan ilə bağlı ilk filmi deyil. O, əvvəllər də Azərbaycan operası, televiziyası ilə bağlı filmlər çəkib. 1989-cu ildə Qarabağ hadisələri başlayanda jurnalist qismində ölkəmizə gəlib. Rejissor qeyd edib ki, Azərbaycanı, xalqımızı, mədəniyyətimizi çox sevir.
“Filmdə Bakı ilə bağlı fraqmentlərlə şəhərin qısa müddətdə necə inkişaf etdiyini göstərmək istədim. Azərbaycanın böyük mədəniyyəti, musiqiçiləri var. Azərbaycan cazına heyranam. Azərbaycan ilə bağlı daha iki layihəm var. Fransada yaşamış azərbaycanlı yazıçı Banin haqqında film çəkmək istəyirəm. Onu şəxsən tanıyırdım. Artıq ssenarinin bir hissəsi hazırdır. Digər layihəm isə qaçqın uşağa, onun Qarabağ atına və “Xarı bülbül”ə həsr olunacaq”, - deyə M. Mardukayev söyləyib.
“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov bildirib : “Çoxdan idi ki, belə bir tədbirin təşkili haqqında düşünürdük. Fransa ATƏT-in Minsk qrupunun həmsədridir. Qarabağ münaqişəsinin həlli ilə birbaşa məşğul olan bir ölkədə belə tədbirlərin təşkili çox vacibdir. Bugünkü konfrans əsasən erməni silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə, onların azad edilməsi istiqamətindəki prosesə həsr edilib.
Fransanın nüfuzlu şəxslərinin konfransda iştirakı girovlarımızı azad edəcəyimizə ümid verir. Böyük dövlətlərin bu işdə bizə yardım edəcəklərinə inanırıq.
Azərbaycan QHT-lərinin bu istiqamətdə fəaliyyətini müsbət qiymətləndirmək olar. Biz AŞPA, ATƏT və digər beynəlxalq təşkilatlar qarşısında münaqişə ilə bağlı məsələlər qaldırır, Ermənistanı işğala son qoymağa, girovları azad etməyə, beynəlxalq hüquqa riayət etməyə çağırırıq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar