Xəbər lenti 
					
 
		Laçında 3 erməni öldü - İSTİSUDA - FOTOLAR

Manevr.az xəbər verir ki, Moderator.az-ın erməni saytlarına istinadla məlumatına görə, Laçın rayonu ərazisində yerləşən termal su mənbəyində 3 erməninin ölməsindən sonra bağlanmış hovuzu “rayon rəhbərliyi” yenidən açmaq fikrindədir.

Xəbərdə hadisənin konkret hansı kənddə baş verdiyi göstərilmir. Yalnız ““Kaşataq rayonu”nun isti su mənbəyi” yazılır. “Kaşataq rayonu” Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edir. Həmin ərazilərdə isə məşhur istisu mənbəyi Laçın rayonunun Minkənd kəndi yaxınlığındakı “İstisu”dur. Ermənilərin orada istirahət etmələrini əks etdirən fotolarına çox rast gəlinir.

Torpaqlarımızın ən gözəl nemətlərinə yiyələnmiş işğalçıların gözləmədiyi olay bu il mayın 21-də baş verib. İstisu hovuzunda çimən 3 erməni kişi gözlənilmədən boğulub ölüb. Onların qaynar su mənbəyinin dibindən çıxan zəhərli qazların təsirindən öldüyü qeyd edilir. Məhz bundan sonra “rayon administrasiyası” su mənbəyinə girişi bağlamağa qərar verib.
Bildiyimizə görə, torpaqlarımız işğal edilənədək istər Kəlbəcər, istərsə də Laçının qaynar su mənbələrində anoloji hadisələr qeydə alınmayıb.
Sultan Laçın
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















