Sizin Reklam Burada
Xəbər lenti
16-02-2025
15-02-2025
14-02-2025
BÜTÜN XƏBƏRLƏR

İsrail generalı: "Bakıya yeni silahlar gətirəcəyik"

Tarix: 12-09-2016 11:51     Baxış: 5559 A- / A+
İsrail generalı: "Bakıya yeni silahlar gətirəcəyik"

İsrail Müdafiə Nazirliyinin ixrac şöbəsi (SİBAT) bu ölkənin hərbi sənaye müəssisələri ilə əməkdaşlıq şəraitində ən yeni silah və hərbi texnika nümunələrini bu ay dünya bazarlarında, o cümlədən Bakıda keçiriləcək müdafiə sərgisində təqdim edəcək.

Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, bu haqda SİBAT-ın rəhbəri, ehtiyatda olan briqada generalı Mişel Ben-Barux bildirib.

Xəbərə görə SİBAT bu ay Polşada keçirilən hərbi sənaye sərgisində iştirak edib. Polşada keçirilən sərgi NATO üzvü olan Şərqi Avropa ölkələrinin öz silahlı qüvvələrini modernləşdirmək üçün yeni silah və hərbi texnika nümunələri ilə tanış olmaq baxımından mühümdür.

General bildirib ki, bu ayın sonlarında Bakıda da müdafiə sərgisi açılacaq və orada artıq ikinci dəfədir İsrail hərbi sənaye müəssisələri də iştirak edəcək. Sərgidə İsrail müdafiə sənayesinin ən yeni məhsullarının nümayiş etdiriləcəyi gözlənilir. SİBAT-ın iştirak edəcəyi növbəti sərgi isə Filippində olacaq. “Bütün dünyada müdafiə sənayesi müəssisələri Şərqi Avropa və Sakit okean hövzəsi ölkələrinə öz məhsullarını satmağa çalışır. Bunlar yeni və inkişaf etməkdə olan bazarlardır”-Mişel Ben-Barux deyib.

İsrail generalı: "Bakıya yeni silahlar gətirəcəyik"


Generalın sözlərinə görə, SİBAT bu ay ərzində keçiriləcək sərgilərdə robot texnikası, idarəetmə və nəzarət, kibernetika və pilotsuz sistemlər sahəsində ən yeni məhsullar nümayiş etdirəcək.

Xatırladaq ki, İsrail Azərbaycanın əsas hərbi-texniki tərəfdaşlarından biridir. Son illərdə bu ölkədən ən müasir texnologiyalara əsaslanan müxtəlif silah sistemləri alınıb. Aprel döyüşlərində İsrail silahları öz effektivliyini sübut edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar