Sizin Reklam Burada
Xəbər lenti
27-11-2025
26-11-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyan və ya Simonyan Bakıya gəlir? - “Mümkündür”

Tarix: 27-11-2025 21:08     Baxış: 339 A- / A+

“Avqustun 8-də Vaşinqtonda imzalanmış sənəd və tərəflərin verdiyi bəyanatlar göstərir ki, həm Azərbaycan, həm də Ermənistanda bu prosesi irəlilətmək üçün müəyyən iradə var. Amma Azərbaycandan fərqli olaraq, Ermənistanda bu prosesə müqavimət də çoxdur”.

Politoloq Oqtay Qasımovun sözlərinə görə ki, Azərbaycan nümayəndələrinin İrəvana səfəri, ardınca Ermənistandan olan bir qrupun Bakıya gəlişi ilk addımlardır:

"Alen Simonyanın Bakıdan dəvət gözləməsi barədə bəyanatı hələlik bu siyahıya əlavə edilə bilməz. Doğrudur, Simonyan artıq Milli Məclisin sədri Sahibə Qafarova ilə bir neçə dəfə görüşüb. Bu görüşlərin sonuncusu oktyabrın 21-də Cenevrədə baş tutub.

Amma dayanıqlı sülh istəyiriksə, Azərbaycan və Ermənistanın media, ictimaiyyət, o cümlədən parlament nümayəndələrinin davamlı görüşünə ehtiyac var. Bu olduğu təqdirdə, şübhəsiz ki, tərəflər arasında etimad mühitinin formalaşmasına pozitiv təsirləri də olacaq.

Alen Simonyan bu tipli məsələlərdə daha çevik tərpənir. O, Ermənistanın üçün real görünməyən təkliflər də səsləndirir. Onun Sahibə Qafarovanı İrəvana dəvət etmək fikri, o cümlədən təklif olarsa, özünün də Bakıya gəlmək barədə səsləndirdiyi fikirlər beynəlxalq ictimai rəy yönəlmiş açıqlamadır. O göstərmək istəyir ki, Ermənistan sülh prosesində maraqlıdır. Digər istiqmət idaxili auditoriyadır. Ermənistanda sülh prosesinə qarşı olan kifayət qədər ciddi qüvvələr var - erməni kilsəsi və millətçi partiyalar”. 

O.Qasımov vurğulayıb ki, Alen Simonyan və ya digər rəsmi şəxsin Azərbaycana səfəri yaxın perspektivdə real görünmür:

“Simonyan həm də seçki öncəsi Ermənistan cəmiyyətinə sülh prosesini aşılamağa çalışır. Ermənistan rəsmisi göstərməyə çalışır ki, ermənilər üçün sülhün alternativi yoxdur. Ancaq Simonyanın səsləndirdiyi fikirlərin reallaşması hələlik çətindir. Ermənistan tərəfi belə bir bəyanat səsləndirsə də, keçən il tamam fərqli davranış gördük. COP29-da rəsmi dəvətli olsa da, Ermənistan tərəfi bu tədbirdə iştirakla bağlı son ana qədər tərəddüd etdi, sonra isə iştirak etmədi.

Amma nəzəri baxımdan, hansısa beynəlxalq tədbirlə bağlı Simonyanın Bakıya səfəri mümkündür. Hələlik tərəflər arasında bəzi məsələlər tam şəkildə həllini tapmadığına və diplomatik münasibətlər qurulmadığına görə belə səfərlərin həyata keçirilməsi reallıqdan uzaqdır”.

Xatırlatma: Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan lazımi vaxtda Azərbaycana səfər etməyə hazır olduğunu bildirib. Bu gün Baş nazir Nikol Paşinyan da qarşılıqlı səfərləri dialoqda zərurət adlandırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar