Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Kafedən çıxan sərxoş sürücü avtoxuliqanlıq etdi, iki nəfəri bıçaqladı

Tarix: 05-11-2025 08:37     Baxış: 363 A- / A+
Kafedən çıxan sərxoş sürücü avtoxuliqanlıq etdi, iki nəfəri bıçaqladı
Hadisə rayonun Ceyranbatan qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Röyal Ağayev (soyad şərtidir) qəsəbə ərazisindəki "Türkan" kafesində spirtli içki qəbul edib və taksi kimi istifadə etdiyi avtomobilinə əyləşib. O, kafenin qarşısında maşını qəfil və sürətlə hərəkət etdirərək avtoxuliqanlıq edib. Həmin vaxt kafenin qarşısında dayanan qəsəbə sakinləri - Vüsal və İmamverdi ona etirazlarını bildiriblər. Röyal həmin şəxslərin iradından əsəbiləşərək, onlarla mübahisə edib. Vüsal və İmamverdi ona "içkilisən, get, ayıl gələrsən" deyiblər və onu yola salıblar.

Hadisə yerindən uzaqlaşan Röyal bir neçə dəqiqədən sonra özü ilə bərabər 4 nəfər naməlum şəxslə yenidən həmin əraziyə qayıdıb və onları söhbətə çağırıb. Röyalla birlikdə gələn 4 nəfər Vüsal və İmamverdi ilə əlbəyaxa davaya başlayıb. Bu vaxt Röyal özü ilə gətirdiyi bıçaqla Vüsal və İmamverdiyə zərbələr endirib.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Röyal saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb və iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə V.Ağayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar