Sizin Reklam Burada
Xəbər lenti
20-10-2025
19-10-2025
18-10-2025
BÜTÜN XƏBƏRLƏR

Ramiz Mehdiyevin vəzifədə olan qohumları – Kimlər hansı postu tutur?

Tarix: 20-10-2025 11:57     Baxış: 328 A- / A+

Rami Mehdi 2342
Prezident Administrasiyasının sabiq rəhbəri, dövlət çevrilişinə cəhddə və dövlətə xəyanətdə ittiham olunan akademik Ramiz Mehdiyevin həbsi ilə bağlı rezonans davam etdiyi bir vaxtda, ictimaiyyətin diqqət mərkəzinə düşən əsas məqamlardan biri onun hələ də yüksək vəzifələrdə yaxın və uzaq qohumlarının çalışmasıdır.

Manevr.az sfera.az-a istinadla Azərbaycan mediasında zaman-zaman adları çəkilən Mehdiyevin dövlət vəzifəsini tutan qohumlarının siyahısını təqdim edir:

Teymur Mehdiyev - Ramiz Mehdiyevin oğlu.
 
2014-cü il 5 may tarixində fövqəladə hallar nazirinin müavini təyin edilib və elə həmin il general-mayor ali hərbi rütbəsi alıb. 2018-ci ildə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Kamilə Əliyeva (Mehdiyeva kimi tanınır) - Ramiz Mehdiyevin qızı.
 
Psixologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. 
 
Qeyd edək ki, Kamilə Əliyeva keçmiş deputat İlham Əliyevin həyat yoldaşıdır.
 
Qalina Yuriyevna Mehdiyeva – Ramiz Mehdiyevin həyat yoldaşı.
 
Fizika-riyaziyyat elmləri doktoru, professor. 1976-cı ildən BDU-da çalışır. Media məlumatlarına görə, bir müddət AMEA daxilində dissertasiya şuralarında təsir imkanlarına malik olub.
 
Mehdiyev Telman Hüseynqulu oğlu – Ramiz Mehdiyevin qardaşının oğlu.
 
Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisidir. Uzun illər Dövlət Gömrük Komitəsində çalışıb. 2017-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
 
Mehdiyev Nəriman Hüseynqulu oğlu – Mehdiyevin digər qardaşının oğlu.
 
Nizami Rayon Məhkəməsinin hakimidir.
 
Mehdiyev Elvin Xanlar oğlu
 
Dövlət Gömrük Komitəsində daxili xidmət polkovnik-leytenantı, idarə rəisi. Bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinə rəhbərlik edib.
 
Mehdiyev Zahid Arif oğlu
 
Azərbaycan Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiridir. 2017-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
 
Adıçəkiləndən başqa Mehdiyevin AMEA-da rəhbər vəzifədə olduğu dövrdə kürəkəninin qohumlarına da yüksək vəzifələr verdiyi barədə məlumatlar yayılıb. Məsələn, keçən il kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyev AMEA-nın İşlər idarəsinə müvəqqəti müdir təyin olunmuşdu.
 
Kürəkəni İlham Əliyevin xalası oğlu Seymur Qurban oğlu Mərdəliyev, Prezidentin 26 dekabr 2019-cu il Sərəncamı ilə Azərbaycanın BMT-nin Cenevrə bürosu və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini təyin edilib. Onun həyat yoldaşı Mərziyyə Mərdəliyeva isə eyni nümayəndəlikdə 1-ci katib vəzifəsinə gətirilib.
 
Bundan əlavə, Mehdiyevin yaxın qohumlarından biri – baldızı oğlu, polis polkovniki Levan Qurskayanın Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəis müavini vəzifəsindən azad olunduğu bildirilmişdi. Lakin yayılan son məlumatlara görə, o, hələ də vəzifəsinin icrasındadır.
 
Ümumilikdə, Ramiz Mehdiyevin hüquq-mühafizə orqanları və digər dövlət qurumlarına yerləşdirdiyi, sayı dəqiq məlum olmayan daha çox qohumunun da olduğu iddia edilir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar