Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

“Mən kardioloqam və təzyiqimi aşağı saxlamaq üçün hər gün bu 5 şeyi edirəm”

Tarix: 14-10-2025 09:37     Baxış: 321 A- / A+



Dünyada hər üç yetkindən biri yüksək təzyiq problemi yaşayır. Yüksək qan təzyiqi - ürək tutması, insult, böyrək çatışmazlığı və hətta demensiya riskini artırır. Əlamətləri çox hiss edilmədiyi üçün bir çox insan xəstəliyin fərqinə gec varır. Lakin vaxtında müdaxilə ilə təzyiqin yüksəlməsinin qarşısını almaq mümkündür.
Newcastle Universitetinin kardioloqu Vijey Kunadian, İngiltərənin Daily Mail qəzetinə qan təzyiqini aşağı saxlamağa kömək edən 5 gündəlik vərdişi açıqlayıb.
 Fermentləşdirilmiş qidalarla qidalanın
Son araşdırmalar kefir, kələmturşusu, miso kimi fermentləşdirilmiş qidaların yalnız bağırsaq florasını gücləndirmədiyini, həm də qan təzyiqini aşağı salmağa kömək etdiyini göstərib.
Kunadian bildirir: "Ferment qidalar yağ turşularını parçalayaraq xolesterini azaldır. Düzgün qidalanma ilə qan təzyiqini nəzarətdə saxlamaq mümkündür."
Daha çox lifli qidalar yeyin
Həkimlər liflə zəngin qidaların (tərəvəz, meyvə, paxlalılar, tam taxıllar) həm bağırsaq, həm də ürək sağlamlığı üçün vacib olduğunu qeyd edir. Avstraliya tədqiqatçıları sübut edib ki, gündə cəmi 5 qram əlavə lif qəbul etmək qan təzyiqini əhəmiyyətli dərəcədə aşağı sala bilir.
Kiçik addımlarla hərəkəti artırın
NHS həftədə 150 dəqiqə orta tempolu gəzinti tövsiyə edir. Lakin British Medical Journal tərəfindən yayımlanan yeni araşdırma göstərib ki, gündə iki dəfə cəmi 5 dəqiqə hərəkət etmək belə ürək-damar sağlamlığında ciddi irəliləyiş yaradır.
Siqaretdən uzaq durun
Araşdırmalar sübut edir ki, ürək xəstəliklərinə bağlı ölümlərin üçdə biri siqaretlə əlaqəlidir.
Kunadian deyir: "Siqaret çəkmək, ürəyə benzin tökmək kimidir. Orqanizmə daxil olan toksinlər damar divarlarını məhv edir."
Alkoqolu məhdudlaşdırın
2023-cü ildə 20 min nəfərlə aparılan araşdırma göstərib ki, alkoqol qəbul etmək qan təzyiqini artırır. Alkoqolun azaldılması çəkiyə nəzarətə və təzyiqin stabilləşməsinə kömək edir.
Kunadian xəbərdarlıq edir: "Tamamilə tərk etmək hər kəs üçün asan deyil, amma hər içilən qədəhlə risk artır. Buna görə normasında istifadə ən düzgün seçimdir."

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar