Xəbər lenti
Komitə sədri Namiq Dəlidağlını təbrik edib
Fazil Mustafa
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, “Türk Dünyası İnfo” İctimai Birliyinin üzvü, şair-publisist Namiq Dəlidağlını 55 illik yubileyi ilə bağlı təbrik edib.
Məktubda deyilir:
"Hörmətli Namiq müəllim!
Sizi 55 illik əlamətdar yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Çox şadam ki, bu ilki yubileyinizi Kəlbəcərin, doğma Çovdar kəndinin, uzun illər işğalda qalmış digər şəhər və kəndlərimizin azadlığının, eləcə də
“Böyük Qayıdış”ın sevinci, qüruru içində keçirirsiniz.
Sizin uzun illərdən bəri Azərbaycan mətbuatında, ictimai-mədəni mühitdə səmərəli fəaliyyət göstərir, həmçinin milli-mənəvi dəyərlərin qorunması və təbliği yönündəki çalışmalarınızla seçilirsiniz. Ədəbi yaradıcılığınızda milli köklərə bağlılıq, publisist qələminizdə isə ictimai məsuliyyət və mövqe həmişə ön planda dayanmışdır.

Əminəm ki, Siz bundan sonra da ictimai fikir mühitində, mətbuat və ədəbiyyat aləmində fəal mövqeyinizlə seçiləcək, öz təcrübənizlə gənc qələm sahiblərinə, ictimai fəal gənclərə mənəvi dəstək göstərəcəksiniz.
Sizə möhkəm cansağlığı, yaradıcılıqda, ictimai fəaliyyətdə yeni uğurları arzulayıram”!
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar