Sizin Reklam Burada
Xəbər lenti
29-09-2025
28-09-2025
27-09-2025
12:56
 
BÜTÜN XƏBƏRLƏR

Komitə sədri Namiq Dəlidağlını təbrik edib

Tarix: 29-09-2025 14:19     Baxış: 3176 A- / A+

           Fazil Mustafa

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, “Türk Dünyası İnfo” İctimai Birliyinin üzvü, şair-publisist Namiq Dəlidağlını 55 illik yubileyi ilə bağlı təbrik edib. 
Məktubda deyilir:

"Hörmətli Namiq müəllim!

Sizi 55 illik əlamətdar yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Çox şadam ki, bu ilki yubileyinizi Kəlbəcərin, doğma Çovdar kəndinin, uzun illər işğalda qalmış digər şəhər və kəndlərimizin azadlığının, eləcə də
“Böyük Qayıdış”ın sevinci, qüruru içində keçirirsiniz.

Sizin uzun illərdən bəri Azərbaycan mətbuatında, ictimai-mədəni mühitdə səmərəli fəaliyyət göstərir, həmçinin milli-mənəvi dəyərlərin qorunması və təbliği yönündəki çalışmalarınızla seçilirsiniz. Ədəbi yaradıcılığınızda milli köklərə bağlılıq, publisist qələminizdə isə ictimai məsuliyyət və mövqe həmişə ön planda dayanmışdır.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, “Türk Dünyası İnfo” İctimai Birliyinin üzvü kimi, həm də medi orqanı təsisçisi, redaktor və ictimai birliyin təşkilat komitəsinin rəhbəri olaraq fəaliyyətiniz milli-mədəni irsimizin təbliğ-tərənnümü, gənc nəslin milli ruhda yetişdirilməsinə töhfə baxımından önəmlidir. Üzvü olduğunuz ictimai birliklər və habelə medi orqanları vasitəsi ilə müxtəlif layihələrdə uğurla iştirak etmisiniz.
Əminəm ki, Siz bundan sonra da ictimai fikir mühitində, mətbuat və ədəbiyyat aləmində fəal mövqeyinizlə seçiləcək, öz təcrübənizlə gənc qələm sahiblərinə, ictimai fəal gənclərə mənəvi dəstək göstərəcəksiniz.
Sizə möhkəm cansağlığı, yaradıcılıqda, ictimai fəaliyyətdə yeni uğurları arzulayıram”!


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar