Sizin Reklam Burada
Xəbər lenti
20-09-2025
19-09-2025
BÜTÜN XƏBƏRLƏR

SON DƏQİQƏ! Oktyabrın 1-dən quru sərhədlər açılır?

Tarix: 20-09-2025 23:04     Baxış: 320 A- / A+
Xəbər verdiyimiz kimi, sentyabrın 18-də Ərdəbilə səfər edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkə arasında sərhədlərin açılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqlarla bağlı açıqlama verib.

Danışıqlarda ən mühüm mövzulardan biri də iki ölkə arasında sərhəd-buraxılış məntəqələrinin fəaliyyətinin bərpası və nəqliyyat axınının bərpasıdır. Səfir bu məsələnin hər iki xalq üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.
MUCTEBA.jpg (70 KB)
"Sərhəd daşımaları və sərhədi keçmək üçün əlverişli şərait hər iki ölkənin vətəndaşlarının rifahı üçün vacibdir. Sərhədlərin açılması və hərəkətin sadələşdirilməsi İran və Azərbaycan arasında münasibətlərin normallaşmasına, daha da möhkəmlənməsinə səbəb olacaq", - deyə Müctəba Dəmirçilu bildirib.

Azərbaycanda karantin rejimi oktyabrın 1-də başa çatacaq. Lakin bundan sonra ən çox müzakirə olunan sual sərhədlərlə bağlıdır: Oktyabrın 1-dən sonra quru sərhədlərin açılması gündəmə gələ bilərmi?
HESRET.jpg (90 KB)
Siyasi şərhçi Azər Həsrət bildirib ki"Əlbəttə ki, qonşu ölkələrlə sərhədlərin açılması zərurəti var, amma Azərbaycan həm də daxili təhlükəsizliyi, bütövlükdə dövlətin təhlükəsizliyini ön plana çəkərək sərhədləri açmağa tələsmir. Mən düşünürəm ki, oktyabrın 1-dən sonra da sərhədlərin açılmasını gözləməməliyik. Çünki həm İranda, həm Rusiyada məsələlər, yəni gərginliklər hələ həllini tapmayıb. Üstəlik, bu payız üçün İsrailin İrana yenidən hücumları proqnozlaşdırılır. Belə bir şəraitdə Azərbaycan İranla sərhədləri tam olaraq aça bilməz və ya açması çətinlik yarada, əlavə gərginliyə səbəb ola bilər.

O baxımdan tələsməmək düzgündür. Amma bir şeyi də unutmamalıyıq ki, Arazın o tayında və bu tayında vahid Azərbaycan coğrafiyası yerləşir. Təbiidir ki, bu coğrafiyada yaşayan insanların hamısı türklərdir, azərbaycanlılardır. Onların bir-biri ilə gediş-gəlişi, ortaqlaşması və qaynayıb-qarışması vacibdir. O baxımdan sərhədlərin bəlkə də sərhədyanı bölgələr üçün açıla bilməsindən danışa bilərik.

Eyni yanaşmanı Dağıstanda Dərbənd və Gürcüstanda Borçalı üçün də tətbiq etmək olar ki, sərhədyanı ərazilərdə yaşayanlar quru sərhədlərdən rahat keçib gələ bilsinlər. Çünki buna ciddi zərurət var. Üstəlik, sərhədin o tayında və bu tayında insanlar qohum-qardaşdır, bir-birini tanıyır və yaxın münasibətləri var.

Yəni bu ehtimalı belə dəyərləndirmək olar, amma İran normal dövlət olsaydı, yəqin ki, biz sərhədləri çoxdan açmış olardıq. Fars molla rejimi isə Azərbaycanın bu xoşməramı üçün imkanlar tanımır. Getdikcə üstünə gəlirlər, böhtan atırlar, Azərbaycanda daxili sabitliyi pozmağa çalışırlar, öz missionerlərini bu və ya digər şəkildə səfərbər edib üstünə gəlirlər. Bütün bunlar varkən əlbəttə ki, Azərbaycan hələ İran sərhədinin tam güvənli olduğunu deyə bilməz".

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar