Xəzər dənizində sahəsi 82 kvadratkilometr olan şlak peyda olub.
Manevr.az xəbər verir ki, bu barədə ekoloji təşkilatlara dəstək verən "Şəffaf Dünya" layihəsinin iştirakçıları "Telegram" kanalında məlumat veriblər.
Paylaşımda qeyd olunub ki, ləkə saat 05:43-də "Sentinel-1A" radar görüntüsündə müşahidə olunub. Onun ya neftdən, ya da balıqçılıq tullantılarından ibarət ola biləcəyi bildirilir. Ləkənin dəqiq sahəsi 82,5 kv. km-dir. O, Kurık Limanı – Bakı gəmiçilik xətti boyunca uzanaraq Azərbaycan və Qazaxıstan sektorlarını əhatə edir..
“Bu, artıq su üzərində təsadüfi çirkli zolaq deyil, Xəzər dənizinin xəritəsində bütöv bir qara ləkədir”, - "Şəffaf Dünya" bildirib.
Layihə iştirakçıları narahatdırlar ki, bu cür emissiyalar davam edərsə, dəniz sadəcə olaraq buna tab gətirməyəcək.
Xəbər lenti
Xəzər dənizində nəhəng QARA LƏKƏ meydana gəldi - FOTO

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar