Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Hədəfimiz, məqsədimiz məlum! - "Manevr.az" 9 yaşında...

Tarix: 01-08-2025 15:42     Baxış: 2373 A- / A+
Hər şeyin əlçatan olduğu bir zamanda fərqli maraq dairəsi yaratmaq, xüsusilik ehtiva edən nəsnələrə söykənərək bir addım atmaq, iş qurmaq elə də asan deyil. Üstəlik, hədəfin böyükdürsə, yolunu uzun hesablamısansa addımların daha mətin, daha qüsursuz olmalıdır. Bəli, məqsədin təkcə yüksəliş yox, həm də məmnuniyyətdirsə, deməli, iz qoyduğun yolun möhkəmliyinə də inanmalı və məqsədinə çatmaq üçün var gücünlə çalışmalısan.
Düz 9 il əvvəl biz "Manevr.az" adıyla bu meyarları əldə tutaraq çətin, məsuliyyətli bir yola çıxdıq. Heç bir maddi dəstəyimiz olmadan, kiçik kollektivlə yola qədəm qoyduq. İllər keçdi, biz təkcə yaş yaş böyümədik. Həm də uğurlarımızla ucaldıq. Əlbəttə, hər işin bir yönəldicisi, rəhbəri olur ki, daha çox yük onun üzərinə düşür. Necə ki, bizim(saytın) yükümüzü daha çox saytımızın təsisçisi və baş redaktoru Namiq Dəlidağlı çiyinlərində daşıyır. Məsuliyyət və tələbkarlıq işdə ümdə məsələdir. Ən kiçik xəbər yazısına belə məsuliyyətlə yanaşmaq tələbi işin səliqəli və nöqsansız alınmasına rəvac verir. Bir az da baş redaktordan işçilərə sirayət etmiş bu kimi keyfiyyət və davranışla biz saytımızın ömrünü uzatdıq. Çətinliklərə baxmayaraq, büdrəsək də yıxılmadıq. Təkcə məsuliyyət deyil, peşəkarlıq, işimizdə ən vacib olan operativlik və ədalətlilik prinsiplərini qorumaqla pillə-pillə yüksəldik. Problemləri ilə bizə üz tutan vətəndaşların yanında olduq. Onları narahat edən çətinlikləri işıqlandırmaqla, müəyyən məsələlərin həllinə nail olduq. Neçə-neçə müəllifin sözünə yer verdik, gənc imzaların debütünə imkan yaratdıq. Təkcə ölkəmizdə və dünyada baş verən hadisələri oxucuya çatdırmaqla kifayətlənmədik. Dövlətimizlə bağlı, xəbər və məlumatları, yenilikləri, uğurları mütəmadi səhifəmizdə dərc edərək sevinc və məmnuniyyətimizi oxuculara da yansıtmaq istədik. Bütün zamanlarda operativ və qərəzdən uzaq olduq. Sözümüzə və andımıza sadiq. Beləcə, çatdıq 9 yaşımıza. Bəlkə də sanayanda iki əlimizin bütün barmaqlarını əhatə etməyən bu rəqəm kiçik görünə bilər. Amma zamanı deyil, zaman axarında görülən işləri nəzərdən keçirsək... biz daha böyükük.
Əziz "Manevr.az" kollektivi, təbrik edirəm, birlikdə yolumuz uzun olsun! Hədəfimiz, məqsədimiz məlum. Qalır yorulmadan çalışmaq və yenə də çalışmaq. Bu günkü sevinc payımızdan bizimlə əməkdaşlıq edən müəlliflərə də düşür. Onları da təbrik edir, növbəti illərdə də bizimlə bərabər olmalarını arzu edirəm. 9 yaşımız mübarək!
Hə, yubileyimizə nə qaldı ki... 

Sevinc QƏRİB
"Manevr.az"



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar