Sizin Reklam Burada
Xəbər lenti
07-09-2025
06-09-2025
BÜTÜN XƏBƏRLƏR

Düşmənə ağır zərbə: xeyli canlı qüvvəsi məhv edildi -RƏSMİ

Tarix: 07-07-2017 16:36     Baxış: 3736 A- / A+
Düşmənə ağır zərbə: xeyli canlı qüvvəsi məhv edildi

Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən əldə olunan dəqiq məlumata əsasən, Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törətmək məqsədilə döyüşə hazırlıq vəziyyətinə gətirilib.

Manevr.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub.

Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.

Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrinə cavab zərbələri endirmək məqsədilə qoşun növləri və qismləri döyüş tətbiqi üçün hazır vəziyyətə gətirilib.

Hazırda bütün cəbhə boyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

Manevr.az-

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar