Xəbər lenti
Anardan yazıçılara mənzil verilməsi ilə bağlı AÇIQLAMA

Manevr.az bildirir ki, bu sözləri bizim.media-ya açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev deyib.
O, sonuncu qurultaydan sonra 21 yazara mənzil verildiyini bildirib:
"Bizə sahə verilmişdi, ev tikildi, həmin yerdən bizə 21 mənzil verildi və biz də həmin mənzilləri yazıçılara payladıq. Yaxın gələcəkdə yazıçılara mənzil verilməsi ilə bağlı heç bir şey yoxdur".
Xatırladaq ki, 2022-ci ilin oktyabrında Xalq yazıçısı Anar Rzayev növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinə (AYB) sədr seçilib. AYB sədri mətbuata açıqlamasında növbəti 5 il ərzində yarımçıq qalmış işləri tamamlamaq, o cümlədən, yazıçıların mənzil məsələsinin həll olunması üçün sədrliyə iddialı olduğunu bildirmişdi.
Qeyd edək ki, sonuncu dəfə 2023-cü ilin sonlarında Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 üzvünə ev verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar