Xəbər lenti 
					
 
		Sərkisyanın öldürdüyü 2 yaşlı Zəhra... -Günün fotosu
Bu, dünən axşam errməni hərbçilərinin öldürdüyü 2 yaşlı Zəhranın son şəklidir.
Dünən bu vaxt bu uşaq anasının, nənəsinin ətəyindən tutub gəzir, gördüyü hər şey barədə saysız-hesabsız suallar verirdi.
Bu gün bu uşaq artıq həyatda yoxdur.
Ondan bir şəkillər, bir də balaca məzar qalacaq.
Zəhranın kəndini, evini top atəşinə məruz qoyaraq dağıdan, onunla birlikdə daha bir qadını öldürən, digərini yaralayan erməni topçu isə heç bir vicdan əzabı çəkmədən yaşayacaq.
Yəqin ki, onu mükafatlandıracaqlar da. Düşmən öldürüb axı. 2 yaşlı körpə qızcığazı öldürüb.
Əslində o qatil topçu bu körpənin qətlinin məsuliyyətinin yarısını daşıyır. Bu qana görə əsas məsuliyyət daşıyan şəxs o topçunu, eləcə də digər erməni hərbçiləri Dağlıq Qarabağa heç bir dəxli olmayan, Aran Qarabağın belə ucqarında yerləşən Alxanlı kəndinin həndəvərinə göndərən Serj Sərkisyandır.
Üzü bəri, dinc xalqa güllə atan hər bir erməni əsgərinin komandirivə əmr verən odur - Ermənistan prezidenti Serj Sərkisyan.
Bu şəklə baxanda müharibəyə,ona başladanlara, dinc sakinlərə əl qaldıranlara nifrət etməmək mümkün deyil.
Ayrıca bu, hərbi cinayətdir. Cəzalandırılmalıdır. Haaqa tribunalı bu cür qətllər törədən hərbçilər üçündür.
Bir-iki il öncə Aralıq dənizinin Türkiyə sahillərində dənizdə batan, təxminən Zəhra yaşda bir miqrantın cəsədi sahilə çıxmışdı, bütün dünya ayağa qalxdı. İndi də bəşər əhli eyni reaksiyanı göstərməli, aqressoru qınamalıdır.(musavat.com)
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 

















