Sizin Reklam Burada
Xəbər lenti
02-03-2025
01-03-2025
BÜTÜN XƏBƏRLƏR

Dağlıq Qarabağda çəkilişlər edən fotoqraf öldü

Tarix: 20-05-2017 12:14     Baxış: 5464 A- / A+
Dağlıq Qarabağda çəkilişlər edən fotoqraf öldü


Dağlıq Qarabağ münaqişəsini lentə almış amerikalı fotoqraf Stenli Qrin 68 yaşında dünyasını dəyişib.


Manevr.az xəbər verir ki, Stenli Qrin 1980-ci illərdə fotoreportajların hazırlanmasında fəal şəkildə iştirak edib. Onun ilk fotoları Almaniyada “Berlin Divarları”nın uçurulması səhnələrini əks etdirir.

Daha sonra o, Rusiyada da fəaliyyət göstərib. 1993-cü ilin oktyabr ayında Rusiya Federasiyasının Hökumət Evi tanklardan hücuma məruz qalan zaman Stenli Qrin orada çalışan yeganə qərbli jurnalist idi. Həmin vaxt o binada yerdə uzanan sabiq vitse-prezident Aleksandr Rutskoyun fotoşəklini çəkmişdi.

1994-cü ildə Qrin hökumət evində çəkdiyi fotoşəkillərinə görə “World Press Photo” mükafatın əldə etmişdi.

Qrin daha sonra Çeçenistan və Sudanda müharibə bölgəsində çəkdiyi fotoşəkillərinə görə eyni mükafata layiq görülüb. Onun Çeçenistandakı fəaliyyəti “Açıq Yara” kitabında öz əksini tapır.

Qrin bundan başqa, Ruanda, Əfqanistan, Livan və digər ölkələrdə də fotoçəkilişlər edib.

Qrin bildirirdi ki, münaqişələrin işıqlandırılması şəxsi etiraz formasıdır.

2010-cu ildə onun “Qara Passport” adlı tərcümeyi-halı nəşr olunub. aznews.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar