Xəbər lenti
Ağdaban soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib -FOTOLAR
Bu gün Bakı Dövlət Universitetində (BDU) “Aşıq Şəmşir” Mədəniyyət İctimai Birliyinin və BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin birgə təşkilatçılığı ilə Ağdaban soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə baş verən Ağdaban soyqırımı Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının xalqımıza qarşı törətdiyi dəhşətli faciədir. Rektor qeyd edib ki, həmin soyqırımı zamanı Kəlbəcər rayonunun Ağdaban kəndi tamamilə yandırılıb, kənd sakinləri amansız işgəncələrə məruz qalıb, 40 nəfər vəhşicəsinə öldürülüb. Onlardan 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər uşaq, 7 qadın diri-diri yandırılıb, xeyli insan girov götürülüb və itkin düşüb.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, Ağdaban sakini Cavid Qurbanov faciənin dəhşətli faktları haqqında məlumat verib, soyqırımı zamanı Azərbaycan söz sənətinin ustalarından Ağdabanlı Şair Qurbanın və Dədə Şəmşirin nadir əlyazmalarının da yandırıldığını bildirib.
Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin professoru Musa Qasımlı ermənilərin Ağdabanda törətdikləri vəhşiliklərdən və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən bəhs edib.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov işğal altında olan ərazilərin geri qaytarılacağına əminliyini ifadə edib.
Sonda Kəlbəcər məktəblilərinin ifasında Ağdaban faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib, Ağdaban soyqırımına həsr edilmiş yazı müsabiqəsinin qaliblərinə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin adından diplomlar verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar