Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

Qardaş bacısını yatdığı yerdə amansızlıqla öldürdü - Bakıda ailə faciəsi

Tarix: 11-11-2025 22:07     Baxış: 4117 A- / A+
Qardaş bacısını yatdığı yerdə amansızlıqla öldürdü - Bakıda ailə faciəsi - VİDEO2024-cü il iyulun 1-də Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsindəki mənzillərdən birində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın meyitinin olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Ekspert kriminalistlər çarpayının üzərindəki meyitə baxış keçirərkən ilkin olaraq üzərində zorakılıq əlamətləri müəyyənləşdirərək onun hər hansı bir vasitə ilə boğularaq öldürüldüyü qənaətinə gəliblər.

Qətllə bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

İlkin istintaq tədbirləri ilə müəyyən edilib ki, Təhminə Qasımovanı qardaşı Təbriz Qasımov boğaraq öldürüb və sonra da polisə gedərək təslim olub.

İstintaqa cəlb olunan Təbriz Qasımovun ifadəsindən bacısını qısqanclıq zəminində qətlə yetirdiyi məlum olub.

Ailəsinin razılığı olmasa da, bacısı 2019-2020-ci illərdə qeyri-rəsmi olaraq bir şəxslə yaşayıb və onların övladı dünyaya gəlib. Bundan sonra Təhminə Qasımova həmin şəxsdən ayrılaraq digər bir şəxslə qeyri-rəsmi yaşamağa başlayıb. İkinci dəfə də onun bir övladı dünyaya gəlib.

2023-cü ildə Təhminə sonuncu dəfə yaşadığı şəxsdən də ayrılaraq Şəmkirə anasının yanına gedib. Təbriz isə bacısının bu hərəkətlərinə görə ona nifrəti olduğundan qardaşı ilə birlikdə Bakıya gəlib, kirayə ev tutub, işləməyə başlayıb.

İstintaq materiallarından bəlli olub ki, Təbriz Qasımov Bakıya gəldikdən sonra anası və bacısı Təhminə də Bakıya gələrək Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində ev kirayə tutublar.

Təbrizin bacısı ilə münasibəti olmasa da, qardaşı vasitəsilə öyrənir ki, bacısı mütəmadi olaraq işdən evə gec gəlir.

Bu dəfə o, bacısını öldürmək qərarına gələrək gecə saat 4 radələrində anası ilə bacısının yaşadığı evə gəlib. Həyətdə olarkən qardaşının ona mane olmağının qarşısını almaq məqsədilə onu mağazaya siqaret almağa göndərib. Özü isə mənzilə daxil olaraq bacısını yatmış vəziyyətdə çarpayıda dəsmalla boğmağa başlayır. Ana ilə qardaşı otağa daxil olanda isə artıq gec olub.

Təbriz Qasımov yaxınlıqdakı 5-ci Polis Bölməsinə gedərək bacısını öldürdüyünü etiraf edib. Məhkəmə zamanı onun cinayəti sübuta yetirilərək 15 il müddətinə azadlıqdan məhrum edilib. azxeber.com

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar