Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Abşeronda evli kişi sevgilisini bıçaqladı: 10 illik münasibətin sonu faciə ilə bitdi

Tarix: 14-10-2025 08:59     Baxış: 331 A- / A+
Abşeron rayonunda kişi eyni məhəllədə yaşadığı sevgilisini bıçaqlayıb.

Hadisə rayonun Qobu qəsəbəsində, "Kərpic zavod" adlanan ərazidə baş verib.

Həmin ərazidə yaşayan Rasim Muxtarov (ad və soyad şərtidir) ailəli, iki övlad atası olub. O, eyni məhəllədə yaşayan Yaqut adlı qadınla uzun müddət - 10 ildən artıq sevgi münasibətləri yaşayıb.

Rasim ailəli olsa da, günün çox hissəsini Yaqutun evində keçirib, lakin həyat yoldaşından boşanmayıb. Məhz bu məsələ onların arasında mübahisəyə səbəb olub.

Yaqut Rasimdən tələb edib ki, həyat yoldaşından boşanaraq onunla rəsmi nikaha girsin. Rasim isə bu təkliflə razılaşmayıb və tərəflər arasında gərginlik yaranıb.

Axşam saatlarında Yaqut işdən evə qayıdarkən həyətdə avtomobil təkərini dolduran Rasimi görüb, lakin salam vermədən otağına keçərək qapını arxadan bağlayıb. Rasim onunla barışmaq üçün qapını döysə də, Yaqut açmayıb.

Əsəbiləşən Rasim mətbəxdən bıçaq götürərək qapını sındırıb və Yaqutun yanına girib. Qadın onunla barışmaq istəmədiyini, münasibətə son qoyduğunu deyib. Bundan qəzəblənən Rasim əlindəki bıçaqla Yaquta 7 bıçaq zərbəsi endirib.

Hadisədən sonra peşman olan Rasim dostunu çağıraraq, Yaqutu xəstəxanaya çatdırmasını xahiş edib. Qadın dərhal əməliyyata alınıb.

Rasim hadisə barədə polisə məlumat verərək könüllü şəkildə təslim olub.

Faktla bağlı cinayət işi açılıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Muxtarov 5 il azadlıqdan məhrum edilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar