Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Beyləqanda 14 yaşlı qıza təcavüz edən daha bir nəfər həbs olundu

Tarix: 07-10-2025 21:43     Baxış: 383 A- / A+
Beyləqanda 14 yaşlı qıza təcavüz edən daha bir nəfər həbs olunduBeyləqanda 14 yaşlı qıza seksual xarakterli hərəkətlər edən daha bir nəfər həbs olunub.

Beyləqan Rayon Məhkəməsində 2010-cu il təvəllüdlü G.N.-ə seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən 2004-cü il təvəllüdlü Dünyamin Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb .

Məhkəmənin hökmü ilə D.Əlizadə bir il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

İttihama görə, hadisə Beyləqan rayonunun kəndlərindən birində baş verib. Kənd sakinləri olan 6 nəfər - Ö.Quluzadə, D.Əlizadə, M.Əliyev, C.Əhmədzadə. S.Quluzadə və M.Qurbanlı həmkəndliləri, orta məktəbin 8-ci sinif şagirdi G.N.-ə qarşı seksual hərəkətlər ediblər. Onlar müxtəlif vaxtlarda 2010-cu il təvəllüdlü qızla kəndin kənarında görüşərək, qızla qeyri-təbii yolla cinsi əlaqədə olublar.

Hadisə barədə qızın valideynləri xəbər tutandan sonra, həmin qız evdən qaçaraq Bakıya gəlib. O, gözəllik salonlarından birinə yaxınlaşaraq, iş axtardığını bildirib. Salonda işləyən xanımlardan biri onun 14 yaşı olduğunu biləndən sonra G.N.-in valideynləri ilə əlaqə saxlayıb və qızın Bakıya qaçdığını bildirib. Qadın onu öz avtomobili ilə Beyləqan rayonuna apararaq, polisə təhvil verib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Ö.Quluzadə, D.Əlizadə, M.Əliyev, C.Əhmədzadə. S.Quluzadə və M.Qurbanlı müəyyən edilərək saxlanılıblar, faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxslərlə bağlı məhkəmə qərarı ilə "yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Beyləqan Rayon Məhkəməsinin hökmləri ilə M.Qurbanlı və S.Quluzadənin hər biri bir il müddətinə azadlıqdan məhrum edilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar