Xəbər lenti 
					
 
		Beyləqanda 14 yaşlı qıza təcavüz edən daha bir nəfər həbs olundu
 Beyləqanda 14 yaşlı qıza seksual xarakterli hərəkətlər edən daha bir nəfər həbs olunub.
Beyləqanda 14 yaşlı qıza seksual xarakterli hərəkətlər edən daha bir nəfər həbs olunub.Beyləqan Rayon Məhkəməsində 2010-cu il təvəllüdlü G.N.-ə seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən 2004-cü il təvəllüdlü Dünyamin Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb .
Məhkəmənin hökmü ilə D.Əlizadə bir il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.
İttihama görə, hadisə Beyləqan rayonunun kəndlərindən birində baş verib. Kənd sakinləri olan 6 nəfər - Ö.Quluzadə, D.Əlizadə, M.Əliyev, C.Əhmədzadə. S.Quluzadə və M.Qurbanlı həmkəndliləri, orta məktəbin 8-ci sinif şagirdi G.N.-ə qarşı seksual hərəkətlər ediblər. Onlar müxtəlif vaxtlarda 2010-cu il təvəllüdlü qızla kəndin kənarında görüşərək, qızla qeyri-təbii yolla cinsi əlaqədə olublar.
Hadisə barədə qızın valideynləri xəbər tutandan sonra, həmin qız evdən qaçaraq Bakıya gəlib. O, gözəllik salonlarından birinə yaxınlaşaraq, iş axtardığını bildirib. Salonda işləyən xanımlardan biri onun 14 yaşı olduğunu biləndən sonra G.N.-in valideynləri ilə əlaqə saxlayıb və qızın Bakıya qaçdığını bildirib. Qadın onu öz avtomobili ilə Beyləqan rayonuna apararaq, polisə təhvil verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Ö.Quluzadə, D.Əlizadə, M.Əliyev, C.Əhmədzadə. S.Quluzadə və M.Qurbanlı müəyyən edilərək saxlanılıblar, faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxslərlə bağlı məhkəmə qərarı ilə "yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Beyləqan Rayon Məhkəməsinin hökmləri ilə M.Qurbanlı və S.Quluzadənin hər biri bir il müddətinə azadlıqdan məhrum edilib. oxu.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















