Xəbər lenti 
					
 
		Əri ilə dalaşandan sonra zəhər içib... - Rəsmi açıqlama
 Baş Prokurorluq Qazax rayon sakini Aytac Əliyevanın ölümü ilə bağlı aparılmış araşdırmanın nəticələrindən narazılığa dair məlumat yayıb.
Baş Prokurorluq Qazax rayon sakini Aytac Əliyevanın ölümü ilə bağlı aparılmış araşdırmanın nəticələrindən narazılığa dair məlumat yayıb.Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, açıqlamada deyilir:
"Qazax rayonu, Daş Salahlı kənd sakini Aytac Əliyevanın ölümü ilə bağlı aparılmış araşdırmanın nəticələrindən narazılığını ifadə edən mərhumun atası Asif Qurbanovun media vasitəsilə yayımlanmış müraciəti ilə bağlı bildiririk ki, Aytac Əliyevanın cari il yanvarın 12-də intihar etməsi faktı üzrə Qazax rayon prokurorluğunda aparılan araşdırma zamanı hadisə yerinə və meyitə baxış keçirilib, zəruri ekspertizalar təyin olunaraq nəticələri əldə olunub, müvafiq sorğular və əməliyyat tapşırıqları verilib, hadisənin birbaşa şahidləri, zərərçəkmişin valideynləri, eləcə də təcili tibbi yardım əməkdaşlarının izahatları alınıb.
Araşdırmalar nəticəsində Aytac Əliyevanın əri ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı gəmirici əleyhinə dərman içərək daha sonra bıçaqla özünə xəsarət yetirməklə özünü öldürdüyü müəyyən edilib".
Bildirilib ki, qeyd olunan fakt həmin vaxt orada olmuş zərər çəkmişin qohumlarının, o cümlədən şahidlərinin izahatları, müvafiq ekspertiza rəyləri və digər təkzibolunmaz dəlillərlə öz təsdiqini tapıb. Toplanmış materiallar əsasında 2 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsinin baş verməməsi) əsasən cinayət işinin başlanması rədd edilib. Həmin qərardan verilmiş şikayət Qazax rayon məhkəməsinin 27 avqust 2025-ci il tarixli qərarı ilə əsassız hesab olunub, qərar qüvvədə saxlanılıb.
"Bir daha media qurumlarından xahiş olunur ki, məlumat və müraciətlərin ictimaiyyətə təqdim edilməsindən əvvəl onların rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməsinə diqqət yetirilsin", Baş Prokurluğun məlumatında deyilir.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















